Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp İsraili Qəzza zolağında müharibəyə son qoymağa çağırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin HƏMAS-a qarşı müdafiə müharibəsini dəstəkləsə də, buna son qoymağa çağırıb...

Poliqon xəbər verir ki, o, bu barədə İsrailin İsrael Hayom qəzetinə müsahibəsində bildirib.

Müsahibə Florida ştatının Palm Beaç şəhərindəki şəxsi mülkü Mar-a-Laqoda baş tutub. Onlar əsasən Qəzza zolağındakı müharibəni, ABŞ prezidenti Co Baydenin hərəkətlərini və siyasətçinin fikrincə, atılmalı olan növbəti addımları müzakirə ediblər.

"Müharibəyə son qoymalısınız. Bu başa çatmalıdır. Bunu etməlisiz və əminəm ki, edəcəksiz. Biz sülhə nail olmalıyıq. Müharibənin davam etməsinə icazə verə bilmərik", deyə Tramp bildirib.

Sabiq ABŞ prezidentinin sözlərinə görə, İsrail çox diqqətli olmalıdır, çünki ölkə dünyanın əksər hissəsinin dəstəyini itirir.

"Siz müharibəni bitirməli və sülhə doğru irəliləməlisiniz. İsrail və hər kəs üçün normal həyatı davam etdirməlisiniz", deyə eks-prezident əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar