Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp hansı səbəblərdən geri addım atdı və İranın “şilləsinə” icazə verdi?

Tramp ABŞ-İran müharibəsinin bütün dünyaya böyük xaos gətirə biləcəyindən qorxdu?..

Xamaneyi “Amerikaya şillə vurduq”, deyərkən Trampı deyil, ABŞ-ı aşağıladı.

 

Politoloq: “Əgər İraqda hərbi bazada ABŞ əsgərləri itki versəydilər bu gün vəziyyət tamam başqa cür olardı. Yəni ABŞ prezidenti Donald Tram bu zaman sülh yox, müharibə ritorikası ilə çıxış edərdi”.

“Məhz ABŞ İraqa gələndən sonra biz İraqda, Suriyada, Livanda güclənən İranın şahidi olmağa başladıq”.

Bu sözləri politoloq Zaur Məmmədov Trampın İrana sülh təklifinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ sülhə hazırdır: “İran nüvə silahı sevdasından əl çəkməlidir. Dünyanı daha təhlükəsiz bir duruma gətirməliyik. İran böyük potensialını gerçəkləşdirmək üçün yeni bir razılaşma etməlidir. NATO Yaxın Şərqdə daha çox yer almalıdır. ABŞ ordusu çox güclüdür. Raketlərimiz güclü və öldürücüdür. Biz bunlardan istifadə etmək istəmirik. 3 ay öncə İŞİD-i 100 faiz aradan götürdük, Bağdadini öldürdük. İŞİD də İranın düşmənidir. Biz İranın da böyük gələcəyə sahib olmasını istəyirik. Bunun üçün ABŞ sülhə hazırdır. Dünyada bir nömrəli təbii qaz və neft istehsalçısıyıq. Orta Şərqin neftinə ehtiyacımız yoxdur”.

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə Amerikanın hərbi bazalarına qarşı kütləvi zərbələrin qarşısında prezident Donald Tramp geri addım atdı və İranın zərbələrinə hərbi yolla cavab verməyəcərini dilə gətirdi. Əslində radikallığı və popilizmi ilə seçilən Trampın bu taktikasını başa düşmək həm çox asasn, həm də çox çətindir. Çünki İrana qarşı açıq qəqerəzi ilə seçilən Trampın Amerikanın hərbi bazalarına qarşı hücumu bu qədər asan şəkildə həzm etməsi maraq doğurur.

Bəzi mənbələrin iddialarına görə İranın Amerikanın hərbi bazalarına hücumuna qarşı səssiz qalacağına əvvəlcədən söz verib və bu ABŞ-ın Süleymaninin ölümünə qarşı ABŞ-ın “qan haqqı” olaraq dəyərləndirilir. Bütün hallarda Trampın təmsilçilində olan supergücün kiçildilməsidir və bu ən böyük şəkildə İranın dini lideri Əli Xamaneyi tərəfində dilə gətirildi. Xamaneyi “Amerikaya şillə vurduq”, deyərkən Trampı deyil, ABŞ-ı aşağıladı.

Baxmayaraq ki, ABŞ İraq vasitəsi ilə raket zərbələrindən xəbərdardı. İşin əsli və ən maraqlı tərəfi isə o idi ki, ABŞ bu zərbə üçün İrana yaşıl işıq yandırmışdı. Yəni İrana Trampdam “qan haqqı” almaq haqqı verildi.

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Qasim Süleymaninin də başçılığı altında İran demək olar ki, Əfqanıstandan Aralıq Dənizinə kimi “şiə ayparası”nı qurmağı bacarmışdı”.

Yaxın Şərqdəki bu vəziyyətin bundan sonra Aralıq Dənizi sahillərində davam edəcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, yaxın zamanlarda Aralıq Dənizi sahillərində ABŞ, İtaliya, Fransa, Türkiyə və Rusiya arasında bazarlığın şahidi olacağıq:

ABŞ dünyanın bir nömrəli siyasi, iqtisadi və hərbi mərkəzidir. ABŞ-a qarşı mübarizə aparmaq elə də asan məsələ deyil. Düzdür, bu gün biz ABŞ-a qarşı Rusiya və Çinin effektiv mübarizəsinin şahidiyik. O ki, qaldı digər ölkələrə, bu ölkələr təbii ki, ABŞ yanında zəif bənd kimi iştirak edirlər. Əlbəttə ki, İran İslam Respublikası son zamanlar ABŞ-a qarşı kifayət qədər güc nümayiş etdirir. Qasim Süleymaninin də başçılığı altında İran demək olar ki, Əfqanıstandan Aralıq Dənizinə kimi “şiə ayparası”nı qurmağı bacarmışdı. Eyni zamanda İran Yəməndə də güclənmişdi.

Bütün bunlar nə qədər ziddiyyətli səslənsə də, ABŞ-ın Yaxın Şərqə qarşı son həmləsindən, yəni İraqın işğalından sonra baş vermişdi. Məhz ABŞ İraqa gələndən sonra biz İraqda, Suriyada, Livanda güclənən İranın şahidi olmağa başladıq. Qasim Süleymaninin qətlindən sonra İran tərəfindən İraqda ABŞ-ın hərbi bazasına raket zərbələrinin endirilməsi də İranın gücündən xəbər verir. Amma bu raket zərbələrini İran mediası başqa cür, ABŞ mediası tamam başqa cür səsləndirir.

Zaur Məmmədov: “İraqda ABŞ-ın hərbi bazasına raket zərbələrinin endirilməsi İranın gücündən xəbər verir”.

Düşünürəm ki, əgər İraqda hərbi bazada ABŞ əsgərləri itki versəydilər bu gün vəziyyət tamam başqa cür olardı. Yəni ABŞ prezidenti Donald Tram bu zaman sülh yox müharibə ritorikası ilə çıxış edərdi.

Biz beynəlxalq proseslərdə iştirak edən siyasi aktrların pərdəarxası dialoqlarına da mütləq şəkildə diqqət etməliyik. Görünən tərəflər başqa, görünməyən tərəflər isə daha maraqlıdır. Buna görə də mən əvvəlcədən bildirmişdim ki, ABŞİran arasında müharibənin başlaması istisnadır. Yaxın Şərqdəki bu vəziyyət çox güman ki, bundan sonra Aralıq Dənizi sahillərində davam edəcək. Yəni Aralıq Dənizi sahillərində Rusiya, ABŞ, İtaliya, Fransa, Türkiyə arasında bazarlığın şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Ən çox oxunanalar