Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tövbə et, Çarlz! - Harri və Meqan kraldan üzr tələb edir…

Susseks hersoqu və hersoginyası Netflix-in mübahisəli premyerasından sonra Bukinhem Sarayının onlardan üzr istəməsini tələb ediblər. Əks halda cütlük tacqoyma mərasiminə gəlməyəcəklər…

PİA.az xəbər verir ki, bu barədə məlumatı The Sunday Times yayıb.

Həyat yoldaşı Meqanla birlikdə saraydakı həyatlarının “dəhşətlərindən” danışan üsyankar şahzadə Harri ilə London arasında qalmaqal getdikcə böyüyür.

The Sunday Times-ın əldə etdiyi məlumata görə, Sussex hersoqu və hersoginyası III Çarlz və kral ailəsinin digər üzvləri ilə “anti-kriz görüşü” tələb edilər. Avcaq bunu milyonlar tərəfindən bəyənilən Netflix serialında səsləndirdikləri qalmaqallı açıqlamalarını “malalamaq” üçün istəmirlər. Əksinə, Harri və Meqan keçmişdə baş verən bütün hadisələrə görə monarxın onlardan üzr istəməsini istəyirlər. Əks halda, onlar monarx ailəni III Çarlzın 2023-cü ilin mayında baş tutacaq tac qoyma mərasiminə qatılmayacaqları ilə hədələyirlər.

Bukinhem sarayının “qatı sükutu” isə heesoq və hesoginiya tərəfindən “alova benzin tökmək” kimi dəyərləndirilir. Kral sarayı Milad bayramını qeyd etməyə hazırlaşır və Harri və Meqanın dilindən kral ailəsinin üzvlərinə qarşı ictimai şəkildə səsləndirilən ittihamlara heç fikir vermirlər. İddialara görə, Harri Meqanla evlənmdiyi üçün kraliyyət ailəsi ona düşmənçiliklə reaksiya veriblər. Eyni zamanda ona həsəd aparıblar, Meqanın azadlığına qarşı çıxıblar və amerikalı mulat aktrisaya qarşı irqçi eyhamlar vurublar. Cütlüyün 2020-ci ildə Britaniyanı tərk etmək qərarına da Bukinhem sarayında düşmənçiliklə reaksiya veriblər. Hamı Harridən üz döndərib, böyük qardaşı Uilyam və onun həyat yoldaşı Keyt, III Çarlz (o zaman vəliəhd şahzadə Çarlz idi) və hətta mərhum II Yelizaveta.

Lakin bütün baş verənləri Netflix vasitəsi ilə faş edib 100 milon dollar qonorar alan hersoq və hersonginiya hələ də sakitləşməyiblər və kral ailəsinin onlardan üzr istəmələrini tələb edirlər.

“Harri və Meqan" filmində cütlük hələ də aşiq olduqlarını göstərir

Qəzet yazır ki, onlar ümumi masa arxasında oturub yığılan ailə dazili problemləri müzakirə etmək istəryirlər. Bu müzakirə cütlüyün 2023-cü ilin may ayına planlaşdırılan III Karlzın tac qoyma mərasiminə uçub-uçamayacaqlarını müəyyənləşdirəcək. Onları iki tələbi var: Birincisi, üzr istəmək və ikincisi məsuliyyəti etiraf etmək lazımdır.

Hersoq və hersoginya Bukingem sarayının onların ictimai şikayətlərinə məhəl qoymamasından incikdirlər, lakin başqa bir qalmaqal da Harri və Meqanı qəzəbləndirib. Bu, mərhum II Yelizavetanın fəxri qulluqçusunun işdən azad edilməsi ilə bağlıdır. Belə ki, II Yelizavetaya 60 il sədaqətlə xidmət etmiş Süzan Hassi noyabrın sonunda kral zövcəsi adından yeməyə dəvət edilib və bundan sonra onun saray xanımı vəzifəsinə son verilib. Məsələ ondadır ki, Britaniya kraliçası Süzan Hassinin irqçilikdə günahlandırılıb və buna görə də 60 il kraliça Yelizavetaya qulluq edən saray xanımını vəzifədən azad edib. Bunu isə Harri və Meqan özlərinə qarşı ikiüzlülük və ədalətsizlik kimi dəyərləndirirlr.

Meqan və Harri israr edirlər ki, onlar da üzr istəməyə layiqdirlər. Onların fikrincə, kral ailəsi ikili standartlar nümayiş etdirir, deyə The Daily Mail bu qalmqal barədə yazıb.

Netflix-dəki sənədli filmdən Meqqini kimin və niyə incitdiyi tam aydın deyil. İrqçiliyə gəlincə, cütlük Opre Uinfri ilə uzun müsahibəsində indiyə qədər yalnız bir neqativ epizod açıqlayıb. Harrinin həyat yoldaşı Arçiyə hamilə olanda, iddiaya görə, Vindzorda kimsə ilk doğulan Sasseks şahzadəsinin və Kraliçanın nəvəsinin “dərisinin hansı rəngdə olacağını” soruşub. Ancaq kim belə bir nəzakətsizliyə yol verib, məlum deyil.

Bəs kim kimdən üzr istəməlidir?

III Çarlzın əhatəsindəki atmosferdən danışan Bukingem Sarayındakı mənbə belə bir sual verib.

The Sunday Times-ın başqa bir yüksək vəzifəli mənbəsi deyib ki, “Hersoq və hersoginiya kralla əlaqə saxlamaq istəsələr, onun harada yaşadığını bilirlər”.

Saray əmindir ki, Harri Uilyamın ondan qisas almayacağını yaxşı bilir və bundan istifadə edir. Bununla belə, kral ailəsi “nəcib sükut strategiyasını” seçib və görünür, bu, düzgündür.

2018-ci ildə Meqan və Harrinin toyu - bütün ailə bir yerdədir

Əgər barışıq yoxdursa (və hər şey buna doğru gedir), o zaman monarxın tacqoyma mərasiminin yazda kiçik oğlu və gəlini olmadan baş tutması riski var və bu ağlasığmaz bir protokol pozuntusudur. Halbuki III Çarlz 2018-ci ildə bir ata olaraq Harri və Meqanın nikah mərasimində onlrı mehraba qədər müşayiət etmişdi. Lakin buna baxmayaarq, Bukingem Sarayı birinci addımı atmayacaq.

Bu arada, kral hüquqşünasları hələ istirahət etmirlər və növbəti “X günü”nü, 10 yanvar 2023-cü ili gözləyirlər. Həmin tarixdə Harrinin “Ehtiyyatda olan” adlı avtobiorafik kitabı işıq üzü görəcək. “Bu kitabdakı ifadələr Bukinhem sarayını Netflix filmindən daha çox qızışdıracaq”, deyə Daily Mail yazır.

Demək ki, sosial şəbəkələrdə qeyd edildiyi kimi “kral ailəsinin sabun operasının” davamı mütləq olacaq…

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar