Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb işçilərinə 2017-ci il başlayandan maaş verilməyib – Nazirlikdən açıqlama


Azərbaycanın dövlət tibb müəssisələrinin rezidentlərinə 2017-ci il başlayandan əmək haqqı verilməyib


Əmək haqqının verilməməsindən şikayət edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezident həkimləri 2017-ci ildən bəri maaş ala bilmədiklərini bildirirlər.

“Çalışdığımız və tabeliyində olduğumuz müəssisə və xəstəxanalarda digər işçilər maaşlarını alsalar da, rezidentlərə hələ də maaş verilmir. Bu hal yalnız dövlət müəssisələrinin rezidentlərinə aiddir.Özəl tibb müəssisəsələrinin rezidentləri maaşlarını vaxtı-vaxtında alırlar”, deyə rezidentlər bildiriblər.

Rezidentlərin şikayəti ilə bağlı Maliyyə Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrinin rezidentlərinin əməkhaqlarının geçikməsində hər hansı vəsait çatşmazlığından söhbət getmir.

Nazirlik bildirir ki, dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub: “Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunmuş və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi bu istiqamətdəki xərclərin maliyyələşdirilməsini tam təmin edəcəkdir”. /”Ecofin”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar