Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Guardian: Putinin raket atəşləri Ukraynanı təslim edə biləcəkmi?

“Nihilizm strategiyası” - The Guardian Rusiyanın Ukraynaya raket atəşlərini belə adlandırıb…

Britaniya nəşri Ukraynanın energetika sistemini məhv eləməklə bağlı startegiyasını “nihilizm strategiyası” olaraq dəyərləndirib.

PİA.az xəbər verir ki, qəzetin qənaətinə görə, Ukrayna tərəfinin Rusiya raketlərini uğurlu bir şəkildə vurması ilə bağlı iddialarına baxmayaraq, bu hücumlar böyük ehtimalla davam edəcək. Bu hücumlar Ukrayna ordusuna elə də ziyan vurmasa belə, mülki şəxslərə ciddi ziyan vurur.

“Chatham House” Analitik Mərkəzinin Rusiya üzrə eksperti Con Louh hesab edir ki, bu sytategiya Ukraynalılar üçün çox ağrılıdır və onlar hər gün əmin olurlar ki, Rusiyanın məqsədi Ukrayna xalqına daha çox ziyan vurmaq, daha çox öldürməkdir.

Ekspert bildirir ki, bombardaman hərbi taktika olsa da, həmişə mülki insanların ağlına və ürəyinə çox pis təsir edir. Belə bir taktikadan ABŞ Vyetnamda istifadə edib, lakin bu vyetnamlıların ümumi iradəsini sındıra bilməyib. əksinə şimaldan olan vyetnamlıları daha da birləşdirib: “Əgər ruslar tarixdən nəyisə öyrənmək istəyirlərsə, onda bu taktkdan da əl çəkməlidirlər”.

Con Louh hesab edir ki, Rusiya bombardmanlarının əsas məqsədi Avropaya qış aylarında daha çox qaçqının axın etməsini təmin etməkdir. Lakin Ukraynalılar hazırda heç də ölkələrini tərk etməyə bir o dədr də çalışmırlar.

Con Louh düşünür ki, əgər Putin Ukraynanı işğal edə bilməyəcəksə, onda bu ölkəni tamamilə dağıdaacaq.

The Guardian yazır ki, Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə Ukraynaya bu qışdan çıxa bilmək üçün və öz iqtisadi və sosial siyasətini tənzimləyə bilmək üçün hər ay 3-4 milyard dollar vəsait lazımdır. Putinin infrastrukturlara hədəflənən raket atəşləri isə bu məbləği hər gün daha da artırır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Ən çox oxunanalar