Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Texnologiya nəhəngi “Xiaomi” minlərlə insanı işdən çıxarır

Çinin mobil telefon, elektronika və kiçik məişət texnikası istehsalçısı “Xiaomi” gəlirlərinin azalması səbəbindən işçilərinin 10%-ni işdən çıxaracağını bildirib...

PİA.az iqtisadiyyat və maliyyə xəbər xidməti “Caixin”in şirkət mənbələrinə istinadən xəbər verir ki, şirkət qlobal smartfon satışlarının və daxili bazarda tələbin azalması səbəbindən ilin sonunda bəzi iş əməliyyatlarını və işçi qüvvəsini ixtisar edəcək.

Baş ofisi paytaxt Pekində yerləşən şirkət 3500-ə yaxın işçini ixtisar etməyi planlaşdırır ki, bu da hazırkı işçilərinin 10 faizini təşkil edir.

“Xiaomi”nin gəlirləri üçüncü rübdə 10% azalıb və şirkətin 1,5 milyard yuan (30 sentyabr məzənnəsi ilə təxminən 209 milyon dollar) xalis zərəri olduğu bildirilib.

Üçüncü rübdə mobil cihaz satışları 11% azalsa da, bu, şirkətin ən əhəmiyyətli gəlir mənbələri olan smart elektronika və internet xidmətlərində itkiyə səbəb olub.

Dünyada iqtisadi artımın yavaşlaması və inflyasiyanın artması səbəbindən elektron məhsullara tələbat azalır. Qlobal mobil telefon satışlarının 2022-ci ildə 12,2%, gələn il isə satışların 2,9% azalacağı proqnozlaşdırılır.

pia.az


Etiket: Xiaomi Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar