Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə Şəhidlərin ailə üzvləri və qazilər üçün iftar süfrəsi təşkil olunub

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Tərtər” istirahət mərkəzində Vətən Müharibəsində, antiterror əməliyyatlarında şəhid olanların ailə üzvləri və qazilər üçün iftar süfrəsi təşkil olunub...

İftar süfrəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, Şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub. On bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulayıb.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onbir ayın sultanı olan müqəddəs Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyib.

Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Milli Məclisin deputatı Sahib Alıyev qarşıdan gələn Ramazan bayramı münasibəti ilə iftar süfrəsində iştirak edənləri təbrik edib, Ramazan bayramının insanları gözəl əməllərə dəvət etdiyini, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırdığını bildirib.

Qeyd edib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hamımızın fəxridir. Azərbaycan xalqı və dövləti öz şəhidlərinin xatirəsini həmişə ehtiramla yad edir.

İftar süfrəsində şəhid ataları Abbasov Yaşar, Aslanov Qüdrət, şəhid anaları Mirzəyeva Afidə, Şirinova Esmira və qazi Səfərli Kamil çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Fotolar

Poliqon.info

 

 

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Ən çox oxunanalar