Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telefondakı şəxsi məlumatlarınız təhlükə altındadır - Nə etməli?

Xəbər verdiyimiz kimi, Bakıda gənc qız intim görüntüləri ilə şantaj edilib. Bu isə telefon istifadəçilərinin təhlükəsizlik problemini bir daha gündəmə gətirib

İKT üzrə ekspert Osman Gündüz “Yeni Sabah”a açıqlamasında fərdi bilgilərin qorunmasının son dövrlərdə aktuallaşdığını bildirib:

“Bunun üçün ilk növbədə istifadəçi özü təhlükəsizliyin qayğısına qalmalıdır. Təbii ki, qanunvericilikdə fərdi məlumatların qorunması ilə bağlı hökümətin qarşısında da müəyyən vəzifələr durur. Bir sıra hüquqi şəxslərə qarşı hökümət tələblər müəyyən edir. Bu vətəndaşla bağlı informasiyaların qorunma şərtləri ilə bağlıdır”.

Ekspert istifadəçilərin məsuliyyət daşıdığı məqamları da qeyd edib:

“Vətəndaşın istifadə etdiyi, könüllü olaraq qoşulduğu müəyyən şəbəkələr, mobil tətbiqlər, proqramlar var ki, vətəndaş özü ilə bağlı informasiyaları onlarda qeyd edir. Bu halda məsuliyyət daha çox vətəndaşın özündədir. O, elementar təhlükəsizlik qaydalarına əməl etməlidir.Yəni birinci bu mobil tətbiqlərin özünə bir baxmaq, araşdırmaq lazımdır ki, nədir? Qarşısına hansı məqsədlər qoyub? Hansı məlumatları tələb edir? Bəzən olur ki, hansısa xidmət üçün ad, soyad tələb olunmur, amma qarşılığında tətbiq özü adımızdan tutmuş telefon nömrəmizə kimi bütün informasiyaları tələb edir. Eyni zamanda avadanlığın özünün standart qaydada olması arzuolunandır. Yəni avadanlıqda antivirus proqramları olmalıdır. Telefonda elə proqramlar ola bilər ki, bilgiləri vətəndaşdan xəbərsiz 3-cü tərəfə ötürə bilər. Hansısa resursdan qeydiyyatdan keçəndə ehtiyatlı olmaq lazımdır. Çünki onun yazılan mail adresinə, telefon nömrəsinə spamlar, mesajlar gələ bilər. Daha ciddi problemlərlə üzləşdikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron təhlükəsizlik mərkəzinə müraciət edərək metodiki dəstək, informasiya dəstəyi istəmək olar”.

Onun sözlərinə görə, məlumatlarımızın ələ keçirildiyi, təhlükəsizliyimizin pozulduğu halda mütləq aidiyyatı qurumlara müraciət etməliyik:

“Kimsə texniki vasitələrimizi oğurlayarsa, avtomatik olaraq şəxsi məlumatlarımız da ələ keçiriləcək. Bunlar açıqlana, yayıla, başqalarına göndərilə bilər. Bu qanunvericiliklə tənzimlənir və cinayət məsuliyyəti yaradır. Zərərçəkən şəxs dərhal məhkəməyə, hüquqi orqanlara müraciət etməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar