Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbləri kobud şəkildə pozan nazirliklər və dövlət qurumları - PA adları açıqladı

"Araşdırmalar göstərir ki, bəzi qurumlarda vətəndaşların qəbulu daha səmərəli təşkil olunmuş, onların qəbul cədvəlləri digərlərinə nisbətən daha yaxşı tərtib edilib”

Bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.

Şöbə müdiri qeyd edib ki, həmin cədvəllərdə qəbul vaxtı məhdudlaşdırılmayıb, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil edilib, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə məlumat verilib:

"Məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunmuş və qəbul otaqlarında müvafiq şərait yaradılıb. Bunlardan İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyəzən, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa qurumları göstərmək olar. Bununla yanaşı, bəzi dövlət qurumlarında yuxarıda göstərilən tələblərə tam əməl olunmur, qəbulun təşkilində müəyyən nöqsanlara yol verilir. Buna misal olaraq, Xarici İşlər, Energetika nazirlikləri, "Bakı Metropoliteni” QSC, Milli Arxiv, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar göstərilə bilər. Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar”. (Bakupost)

pia.az


Etiket: PA qurumlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar