Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranda anlaşa bilməyən Ərdoğanla Putin Soçidə anlaşa biləcəklər?

Putin və Ərdoğanın Soçidə Ukrayna, Qara dəniz regionu və Suriyadakı vəziyyət də daxil olmaqla, geniş mövzuları müzakirə edəcəklər...

Politoloq: “Ərdoğanla Putin arasında olacaq Soçi görüşünə müəyyən ümid bəsləmək olar. Çünki təkbətək görüşlərdə həmişə Ərdoğanın qalib çıxmasının şahidi olmuşuq”.

“Ukraynada ciddi mövqelər itirən və məğlubiyyəti artıq gözlə görünən Rusiyanın post-sovet məkanında fəallaşmaq istəyini, həm də əvvəlki müttəfiqləri ilə, məsələn Suriya kimi vassal müttəfiqləri ilə əlaqələrinin daha da möhkəmləndiyinin şahidi oluruq”.

Bu sözləri politoloq Qabil Hüseynli gələn həftə Soçidə nəzərdə tutulan Ərdoğan-Putin görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Gələn həftə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə Putinlə görüşəcək. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Rossiya-24” kanalına açıqlamasında bildirib ki, liderlər görüş zamanı Ukrayna, Qara dəniz regionu və Suriyadakı vəziyyət də daxil olmaqla, geniş mövzuları müzakirə edə bilər. Yerxov əlavə edib ki, görüşün mövzularını prezidentlər özləri müəyyən edəcək.

Belə çıxır ki, tərəflər Tehranda anlaşa bimədikləri məsələləri bir daha Soçidə anlaşmağa cəhd edəcəklər. Türkiyə və Rusiyanın İran olmadan Suriya məsələsində anlama imkanlarını necə dəyərləndirmək olar və bu görüş də uğursuz olarsa, Türkiyə və Rusiyanın ümumi münasibətlərində sınma yaşana bilərmi?

Ərdoğanın Putinlə Soçidə gələn həftə baş tutacaq görüşünü PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Soçi görüşünün çətin keçəcəyini deyə bilərəm. Amma Soçi görüşünün nəticələri olarsa da, Rusiyanın yenə də verdiyi sözə əməl edib-etməyəcəyi barədə qəti fikir söyləməkdə çətinlik çəkirəm”.

Putin-Ərdoğan görüşlərində Ərdoğanın qalib kimi çıxdığını xatırladan politoloq bildirib ki, indi məsələ bir qədər mürəkkəbdir:

“Ukraynaya təcavüz etdikdən sonra ağır sanksiyalarla üzləşən Rusiyanın İranla əməkdaşlığı daha da möhkəmlənir. Onlar indi bir tandem halında çıxış edirlər. Hər iki dövlət də şər qüvvələrinin mənbəyi kimi bütün dünyada tanınır və qəbul edilir. Rusiya əvvəlki qədər mövqeləri güclü olan, beynəlxalq münasibətlərdə fəal rol oynayan ölkə statusunu artıq ya itirib, ya da itirmək üzrədir. Buna görə də nüvə silahının olmasına baxmayaraq, Rusiyanı bəzən “axsaq ördəyə” bənzədənlər də var. Bir sözlə Rusiyanın beynəlxalq münasibətlərə təsirləri xeyli zəifləyib. Bütün bunlara görə də Rusiya İrandan, İran da Rusiyadan möhkəm yapışıb.

Ərdoğanla Putin arasında Soçi baş tutacaq görüşə müəyyən ümid bəsləmək olar. Çünki təkbətək görüşlərdə həmişə Ərdoğanın qalib çıxmasının şahidi olmuşuq. Xüsusilə Putin-Ərdoğan görüşlərində Ərdoğan bir qayda olaraq qalib kimi çıxıb. Amma indi məsələ bir qədər də mürəkkəbdir. Ukraynada ciddi mövqelər itirən və məğlubiyyəti artıq gözlə görünən Rusiyanın post-sovet məkanında fəallaşmaq istəyini, həm də əvvəlki müttəfiqləri ilə, məsələn Suriya kimi vassal müttəfiqləri ilə əlaqələrinin daha da möhkəmləndiyinin şahidi oluruq.

Üstəlik Rusiyanın hərbi təlimatçıları İran ordusuna təlim keçmək, islamçı qüvvələr hazırlamaq və başqa işləri son zamanlar daha da genişləndiriblər. Bu da onu göstərir ki, Rusuyanın İranla işbirliyi həm də Türkiyənin nəzərdə tutulan sərhədlərinin təhlükəsizliyi ilə bağlı hərbi tədbirlərinə qarşı yönəlib.

Qabil Hüseynli: “Əməliyyat olarsa Türkiyənin Rusiya ilə münasibətlərində sınma ola bilər. Lakin bu Türkiyədən daha çox Rusiyanı narahat etməlidir”.

Mən Soçi görüşünün çətin keçəcəyini deyə bilərəm. Amma Soçi görüşünün nəticələri olarsa da, Rusiyanın yenə də verdiyi sözə əməl edib-etməyəcəyi barədə qəti fikir söyləməkdə çətinlik çəkirəm. Çünki Rusiya son zamanlar həm beynəlxalq münasibətlərdə, həm dövlət başçıları münasibəti səviyyəsində həddindən artıq beynəlxalq hüquqa sığmayan addımlar atmaqda məşhurdur.

Soçi görüşünün nəticələri ola bilər. Amma o nəticələr praktikada yerinə yetiriləcəkmi, yaxud da nəticələrin Rusiya tərəfindən yerinə yetirilə bilərmi sualına cavab verməkdə çətinlik çəkirəm və buna da şübhəm var. Rusiya bundan əvvəldə bir Suriyada Türkiyənin təhlükəsizlik məsələləri ilə bağlı Ərdoğamla dəfələrlə razılığa gəlib. Lakin görürük ki, bu razılaşmalar yerinə yetirilməyib. Yetirilsəydi, Türkiyə Suriyanın şimalında yeni əməliyyat keçirməyə ehtiyac duymaqzdı. Ona görə də hesab edirəm ki, Soçidə ya Ərdoğan Putindən əldə olan razılaşmaların reallaşması üçün təminat alacaq, ya da Suriyada əməliyyatı başladacaq. Əməliyyat olarsa Türkiyənin Rusiya ilə münasibətlərində sınma ola bilər. Lakin bu Türkiyədən daha çox Rusiyanı narahat etməlidir. Çünki bu gün Rusiya heç zaman olmadığı qədər Türkiyə ilə isti münasibətlərin qorunmasından asılıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Prezident general-mayoru rütbəsindən məhrum edib

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Dünyada İlk : İnsan 1-ci tip şəkərli diabetdən sağaldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ən çox oxunanalar