Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran satqın simasını bir daha göstərir - İran Ermənistana silah satacaq...

Ermənistan İrandan silah-sursat almaq üçün rəsmən Tehrana müraciət edib...

Politoloq: “İranın Ermənistana silah verməsi Azərbaycan-İran münasibətlərinə çox pis təsir edəcək”.

İranın Ermənistana silah satması regiondakı balansa heç cür təsir edə bilməz”.

Bu sözləri politoloq İlqar Vəlizadə İranın Ermənistana silah satmasını PİA.az-a şərh edərkən qeyd edib.

İran mətbuatı yazır ki, Ermənistan İrandan silah-sursat almaq üçün rəsmən Tehrana müraciət edib. İranın Ermənistana silah satması regiondakı balansa necə təsir edə bilər? Eyni zamanda İranın Ermənistana silah verməsi Azərbaycan-İran münasibətlərinə necə təsir edər?

İranın Ermənistana silah satmacağı ilə bağlı yayılan xəbəri PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “İrandan Ermənistana verilən silah-sursatlar nə vaxtsa, Azərbaycana qarşı törədilən təxribatlarda istifadə olunacaq”.

İranın Ermənistana silah satmaqla regionda balansı dəyişə bilməyəcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında xatırladıb ki, Azərbaycan da son iki il ərzində xaricdən kifayət qədər müasir silah-sursat alıb və almaqda da davam edir:

İranın Ermənistana silah satması regiondakı balansa heç cür təsir edə bilməz. Birincisi İran hərbi sursatları texniki baxımından Azərbaycanda, Türkiyədə olan silah-sursatdan xeyli geridə qalır. Digər tərəfdən Ermənistanın elə iqtisadi gücü yoxdur ki, İrandan çoxlu sayda silah-sursat alsın. Eyni zamanda Ermənistan ordusunun hərbi-texniki bazasını da Azərbaycan ordusunun bazası ilə müqayisə etmək olmaz. Ermənistan silahlı qüvvələrinin maddi-texniki bazası çox zəifdir.

İran Ermənistana silah satmaqla regionda balansı dəyişə bilməyəcək. Çünki Azərbaycan da son iki il ərzində xaricdən kifayət qədər müasir silah-sursat alıb və almaqda da davam edir. Buna görə də Ermənistanın İrandan silah alması boş yerə pul xərcləməkdən başqa bir şey deyil.

İlqar Vəlizadə: “Onsuzda İran-Azərbaycan münasibətləri son zamanlarda kifayət qədər gərgindir. Azərbaycanla gərgin münasibətin də İrana heç bir xeyri yoxdur”.

İranın Ermənistana silah verməsi Azərbaycan-İran münasibətlərinə çox pis təsir edəcək. Ermənistan tərəfi özü etiraf edir ki, son vaxtlar hətta Rusiya tərəfi belə Yeravana silah-sursat satmır. Ermənistana satılan silahlar aydın məsələdir ki, Azərbaycanın mülki şəxslərinə və ordusuna qarşı yönəlir. Əlbəttə, Azərbaycan üçün 1-2 mülki şəxsin və əsgərin itkisi təsirlidir. Bütün hallarda İrandan Ermənistana verilən silah-sursatlar nə vaxtsa, Azərbaycana qarşı törədilən təxribatlarda istifadə olunacaq.

İran bunu çox yaxşı başa düşür və başa düşərəkdən bunu etmək Azərbaycana qarşı olan addımdır. Onsuz da İran-Azərbaycan münasibətləri son zamanlarda kifayət qədər gərgindir. Azərbaycanla gərgin münasibətin də İrana heç bir xeyri yoxdur. Təəsüflər olsun ki, İranda hakimiyyətə gələn siyasi qruplar bir o qədər də səriştəli adamlar deyillər. Əgər onlar həm xarici, həm də daxili siyasətdə səriştəli adam olsaydılar hal-hazırda İranda bu cür problemlər yaşanmazdı”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay