Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran prokurorundan səfirliyimizə hücum barədə uydurma iddia...

Tehranın cinayət işləri üzrə prokuroru Məhəmməd Şəhriyari Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məlumat yayıb…

Tehran prokuroru: “Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum motivi tamamilə şəxsidir”.

Tehran prokuroru iddia edir ki, Azərbaycanın İrandakı səfirliyinə hücumun arxasında şəxsi motivlər dayanır.

PİA.az xəbər verir ki, bu barədə BBC Persian məlumat yayıb.

Məlumatda bildirilir ki, ilkin istintaqda təqsirləndirilən şəxs həyat yoldaşının Azərbaycan səfirliyində saxlandığını iddia edib.

“Bu ilin aprel ayında həbs olunan şəxsin həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. Bu da saxlanılan şəxsin Azərbaycan Respublikasının səfirliyinə hücumun səbəbi olub”, deyə Tehran prokurorunun Azərbaycam səfirliyinə olunan hücumla bağlı yaydığı açıqlamada bildirilir.

“Mən dəfələrlə Azərbaycanın Tehrandakı səfirliyinə müraciət etsəm də cavab almamışam və onun hələ də orada olduğunu və mənimlə görüşmək istəmədiyini düşündüm”, deyə Tehran prokurorunun iddiasına görə terrorist ifadəsində bildirib.

Bununla da İran rejimi hücum edən şəxsin motivinin siyasi deyil, şəxsi olduğunu iddia edir:

“İlkin istintaqda təcavüzkar Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum etmək motivinin tamamilə şəxsi olduğunu iddia edir”, deyə Tehran polisinin məlumatında virğulanır.

pia.az.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk açıqlama

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Adil Əliyev: "Cinayətkarlar yaxalanmadan hər hansı bir iddia irəli sürmək doğru olmaz"

DİN-dən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı çağırış

Ən çox oxunanalar