Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təcridxanaya giriş üçün vəkillərdən hələ də koronavirus testi tələb olunur...

Azərbaycanda vəkil və müstəntiqlərdən təcridxanaya giriş zamanı koronavirus testinin tələb olunduğu bildirilir...

Yeniavaz.com xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova özünün sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, müvəkkilini görmək üçün bir gün əvvəldən koronavirusla bağlı test verməli olur:

“Kimsə izah edə bilərmi, təcridxanaya girmək üçün niyə hələ də test verməyə məcburuq? Bütün dünya artıq “Covid” sözünü unudub, vəkillər və müstəntiqlər iki gündən bir test verir. Müvəkkili görmək üçün bir gün qabaq gedib 10 saylı kolonda test ver, gözlə növbəti gün cavabı çıxsın, ondan sonra iki günün var, gedib təcridxanaya girəsən. İki gündən sonra yenidən girməlisənsə, prosesi təkrarla.
Təcridxananın yüzlərlə işçisi testsiz hər gün işə gedib gələndə dustaqları yoluxdura bilmir, vəkil yoluxdurur? Hər gün dustaqların yüzlərlə ailə üzvü testsiz filansız içəri daxil olur, işçilərlə təmasda olur, onlar təhlükəsizdir, bircə vəkillər yoluxdurucudur?

Onsuz da hüquqdan əsər əlamət qoymamısınız, bu texniki maneələrin məqsədi nədir bəs?”, deyə Ş. Hümbətova bildirilib.

Məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxladıq. Özünü qurumun Mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən şəxs bildirdi ki, səsləndirilən iddialar barədə məruzə olunacaq, daha sonra bu barədə məlumat veriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar