Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış şair Hacıbala Abutalıbova irad tutdu: “26“ Xankəndinin kodudur”

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə Bakının Xəqani küçəsində yerləşən “26” adlı restoran bağlanıb və məkandakı əşyalar müsadirə edilib


Məkanın bağlanma səbəbi “26” rəqəminin "26 Bakı Komissarı" ilə əlaqəli olması iddiası olub. 

Bu məsələ cəmiyyətdə rezonans doğurub, merin bu addımı qanunsuzluq kimi qələmə verilib.

AYB üzvü olan satirik şair Əvəz Qurbanlı  musavat.com-a açıqlamasında Bakı meri Hacıbala Abutalıbovun “26” kafesinin bağlamasına irad bilirib: "26" - həm də dövlət avtomobil nömrə nişanı kimi, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında Azərbaycanın Xankəndi şəhərinin kodu kimi göstərilir. Hacıbala müəllim niyə belə əsəbləşib görəsən? Məgər itirilmiş rayon və şəhərlərimizin adlarını, əlamətlərini müxtəlif obyektlərdə əks etdirmək, yaşatmaq təcrübəsinə az rast gəlmişik? Xankəndi, Şuşa və başqa şəhərlərimizin adları cənab Abutalıbovun 17 ildir, meri olduğu Bakı şəhərində azmı gözə dəyir? Mən 12 ildir AYB üzvüyəm, ancaq bu qurumun binasında "26" adında kafenin mövcudluğundan xəbərim olmayıb. Əgər o kafenin bağlanmasının əsl səbəbi doğrudan da adı ilə bağlı idisə, sadəcə adı dəyişmək kifayət idi. Yoxsa, o boyda həngaməyə nə ehtiyac vardı? Nə bilim, bu məsələdə bəlkə də mənim bilmədiyim incə məqamlar da var. Bəlkə doğrudan da burada erməni izi, düşmən əli var? Amma bu versiya belə hörmətli merimizin AYB-nin binasına hücum çəkməsinə əsas vermir. Axı təhlükəsizlik məsələsi ilə məşğul olan ciddi qurumlar var, Azərbaycanda...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Ən çox oxunanalar