Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış fransız jurnalist - Tağıyevin kötücəsi erməni vandalizmindən kitab yazacaq

Azərbaycanlı mesenat, neft maqnatı Hacı Zeynalabidin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod “Facebook” hesabından Azərbaycanlı dostlarına müraciət edib.

O, müraciətində Azərbaycanda bombalanan şəhərləri ziyarət edib videoya çəkmək, sağ qalanlar və ailələrindən, Xocalıdan xilas olanlardan, məcburi köçkünlərdən müsahibə almaq üçün Azərbaycana gəlmək istəyən bir fransız jurnalist olduğunu vurğulayıb:

“Həmin jurnalist istedadlıdır, məhşur və qiymətləndirilən kitablar yazıb, ən böyük fransız milli qəzetlərlə də yaxın əlaqəsi var. O, Azərbaycanın dostudur, iki dəfə Azərbaycana səyahət edib, amma heç vaxt işğal altında olan ərazilərə səhayət etməyi qəbul etməyib. Dağlıq Qarabağ münaqişəsinin fransız dilli medialar tərəfindən tərəfli və ermənipərəst şəkildə işıqlandırılmasından məmnun deyil.

Viza müraciəti edib, ancaq iki həftədir cavab ala bilməyib. Məqalələri dərhal yazılmalıdır, yoxsa qısa müddətdən sonra fransız xəbərləri artıq bu münaqişə ilə daha az maraqlanmağa başlayacaqlar. Təsadüfən XİN-lə əlaqəsi olan və viza prosesini sürətləndirə bilən biri varsa, xahiş edirəm, mənimlə əlaqə qurmaqdan çəkinməsin. Bu adamın çamadanı hazırdır, gəlib bütün Azərbaycanlı qurbanlarının səsini dünyaya eşitdirmək istəyir. Əminəm ki, bu cür jurnalistlərə vizalarını gecikdirmədən vermək Azərbaycana böyük xidmət etməkdir! Köməyiniz üçün əvvəlcədən təşəkkür edirəm”.(yenisabah)

pia.az


Etiket: Alban Klod


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Ən çox oxunanalar