Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TANAP-ın açılış mərasimində qalmaqal - Ərdoğanın çıxışı yunanları "incidib"

Türkiyədə TANAP qaz kəmərinin açılışı mərasimi zamanı qalmaqal baş verib

Virtualaz.org xəbər verir ki, Yunanıstanın energetika və ətraf mühit naziri Dimitris İkonomunun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına etiraz olaraq mərasimi tərk edib. Bu haqda Skai telekanalı bildirir.

Ədirnədə keçirilən mərasimdə Ərdoğan bəyan edib ki, Türkiyə Kipr elfində və Kiprin Aralıq dənizindəki iqtisadi zonasında kəşfiyyat və qazma işlərini dayandırmayacaq. Onun sözlərinə görə, Aralıq dənizindək Kipr türklərinin enerji daşıyıcılarının hasilatı ilə bağlı hüquqları pozulur və Ankara beynəlxalq hüquq çərçivəsində hərəkət edir. Ərdoğan deyib ki, heç bir tənqidlər və hay-küy Türkiyəni kəşfiyyat gəmilərini oradan geri çəkməyə məcbur edə bilməz.

İkonomu isə bu çıxışdan bir dəqiqə sonra etiraz olaraq tədbiri tərk etdiyini bildirib. Onun sözlərinə görə, türklər problemin səbəbi haqda soruşublar. Və o izah edib ki, Ərdoğanın bəyanatından sonra tədbirdə qala bilməz və gedir.

Daha sonra Yunanıstan XİN Ərdoğanın bəyanatını pisləyib və Türkiyəni regionda beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb.

Xatırladaq ki, TANAP-ın tamamlanması və TAP-a birləşdirilməsi mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

pia.az


Etiket: TANAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar