Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşaya biletlərin tez satılmasına aydınlıq gətirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ŞuşaAğdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər aprelin 26-da satışa çıxarılıb. Biletlərin satışa çıxarılması barədə qurumun internet saytı, sosial media hesabları və mətbuatda məlumat verilib.

DANX-dan verilən məlumata görə, BakıŞuşaBakı istiqaməti üzrə biletlər ilk 3-4 saat ərzində tam satılıb. Ümumilikdə bu marşrut üzrə 564 bilet vətəndaşlar tərəfindən alınıb.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqaməti üzrə, bu saata olan məlumata görə, 658 biletdən 642-si satılıb. Beləliklə, may ayında 1222 vətəndaşın Şuşaya səfəri təmin olunacaq.

Biletləri kütləvi şəkildə kimlərinsə alması və daha sonra baha qiymətə satması mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil. Əgər vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşıblarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində BakıŞuşaBakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər BakıŞuşaBakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər. Reyslər həftənin cümə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.

Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Qeyd edək ki, ŞuşaAğdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 122 reys uğurla həyata keçirilib, 5084 nəfər ŞuşaAğdam şəhərlərini ziyarət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib

Afət Fərmanqızının oğlunun toyundan görüntülər

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay