Suriyada helikopterin qəzaya uğraması nəticəsində 20-dən çox əsgər yaralanıb...
Poliqon xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Mərkəzi Komandanlığın məlumatına görə, qəza Suriyanın şimal-şərqində baş verib. 22 amerikalı hərbiçi yaralanıb, 10 nəfər müalicə üçün təxliyə edilib.
Hadisənin səbəbləri araşdırılır. Hərbi idarə aydınlaşdırır ki, atəşə tutulması barədə məlumat yoxdur.
Poliqon.info