Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda yetkinlik yaşına çatmayanlarla maarifləndirici tədbir keçirilib

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib


Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Rayon Polis İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəblilər iştirak etmişdir.

Maarifləndirici tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, yetkinlik yaşına çatmayanların maarifləndirilməsi, gənclərin pis vərdişlərdən uzaq olması üçün Suraxanı rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif tədbirlər həyata keçirilir. İl ərzində mütəmadi Suraxanı rayonu Heydər Əliyev Mərkəzində, Gənclər Evində, Səttar Bəhlulzadə və Qurban Abbasov adına Mədəniyyət saraylarında, rayonun digər mədəniyyət ocaqlarında, rayonun tam orta məktəblərində “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda silsilə maarifləndirici tədbirlər, diskussiyalar, tam orta məktəblərdə açıq dərslər, rəsm və inşa yazı müsabiqələri, çoxsaylı idman yarışları keçirilir.

Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin XMT üzrə baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meylliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”,  DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin baş inspektoru, polis baş leytenantı Elmar Ədilxanov “Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədi ilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik yoxsa həyat?”, Suraxanı Rayon Qeydiyyat şöbəsinin müdiri İradə Kazımova “Yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması”  mövzularında çıxışları maraqla dinlənildi.

Maarifləndirici tədbirdə Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Vəli Əliyyev və İdarənin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Elmir İsgəndərov çıxış etdilər.

Tədbirdə narkomaniyanın törətdiyi fəsadlar barədə video-çarx nümayiş olundu.

Sonda məktəblilərin çoxsaylı sualları cavablandırıldı.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar