Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda insanların səhhətinə mənfi təsir göstərən ağaclar köçürülür - FOTO

Buna səbəb həmin ağacların tozlanmasıdır

Ötən əsrin 70-80-ci illərində Sumqayıtın müxtəlif ərazilərində əkilmiş Cənubi Qafqaz qovağı kimi tanınan “Turanqa” ağaclarının şəhərdən köçürülməsinə başlanılıb.

ONA-nın yerli bürosunun məlumatına görə buna səbəb həmin ağacların tozlanmasının əksər insanların səhhətində problemlər yaratmasıdır.

Şəhər sakinləri bununla bağlı aidiyyatı qurumlara müraciət edərək bu ağacların şəhər ərazisindən yığışdırılmasını xahiş ediblər.
Sumqayıt şəhər İcra hakimiyyəti sakinlərin şikayət ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazilriyinə müraciət edib.

Ümumi rəyə əsasən nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində olan allergiyaya səbəb olan ağaclar çıxarılaraq şəhərdən kənara aparılır. Onların yerinə isə başqa agaclar əkiləcək.

Qeyd edək ki, ağacdan tökülən ağ liflər şəhərin çirklənməsinə də səbəb olur. Bu liflər allergik, xüsusən də asma xəstələrinə çox pis təsir edir. Onlar insanlarda xoşagəlməz xəstəliklərin yaranmasına gətirib çıxarır.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar