Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty İnternational) “Ölüm Evimizə Gəlir: Sudanda Müharibə Cinayətləri və Mülki Əzablar” adlı hesabatını dərc edib...
“Amnesty İnternational” bildirir ki, aprelin ortalarından bəri hərbçilər və hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında şiddətli döyüşlərin getdiyi Sudanda dinc sakinlər hər gün ağlasığmaz dəhşət yaşayırlar.
Poliqon xəbər verir ki, hesabatda müharibə edən tərəflərin qəsdən və ayrı-seçkilik etmədən hücumlarının kütləvi mülki itkilərlə nəticələndiyi bildirilir.
Hesabatda qadınlara və qızlara qarşı cinsi zorakılığın təfərrüatları, xəstəxana və kilsə kimi mülki strukturlara planlaşdırılan hücumlar və irimiqyaslı talanların təfərrüatları da paylaşılıb.
“Amnesty İnternational”ın Baş katibi Aqnes Kallamard deyib: "Sudanda Çevik Dəstək Qüvvələri və Sudan Silahlı Qüvvələri əraziyə nəzarət uğrunda döyüşərkən hər gün dinc sakinlər ağlasığmaz dəhşət yaşayır. İnsanlar evlərində və ya ümidsizcə yemək, su və dərman axtararaq öldürülür. Onlar qaçarkən çarpaz atəş altında qalır, planlı hücumlarda qəsdən vurulur".
Sudanda qadınlar və bəzilərinin hələ 12 yaşı olan onlarla qız döyüşən tərəflərin üzvləri tərəfindən cinsi zorakılığa, o cümlədən zorlamaya məruz qalıb.
Poliqon.info