Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq: Ukraynada döyüş meydanında vəziyyət mürəkkəbdir

NATO-nun Baş katibi: Ukraynada döyüş meydanında vəziyyət ağır olaraq qalır...

Poliqon xəbər verir ki, Yens Stoltenberq bu barədə Alyansın müdafiə nazirləri ilə görüşdən əvvəl jurnalistlərə bildirib. Baş katib vurğulayıb ki, Alyans Ukraynanı dəstəkləməyə davam edəcək və Kiyevi danışıqlara sövq etməyi planlaşdırmır.

Stoltenberq qeyd edib ki, Ukraynadakı hərbi münaqişənin nə vaxt səngiyəcəyini müəyyən etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya ilə danışıqlara nə vaxt və hansı şərtlərlə girəcəyinə yalnız Kiyev qərar verə bilər və vurğulayıb ki, Ukraynaya lazımi hərbi dəstək Moskvanı sülhün müzakirəsinə sövq edə bilər.

“Vladimir Putini danışıqlara inandırmağın yeganə yolu Ukraynanın hərbi gücünü göstərməkdir ki, o, döyüş meydanında qalib gələ bilməyəcəyini başa düşsün”, deyə Stoltenberq bildirib.

Qeyd edək ki, NATO-nun müdafiə nazirləri kritik sualtı infrastrukturun mühafizəsinin gücləndirilməsini və Alyansın Baltik və Şimal dənizlərində mövcudluğunun gücləndirilməsini müzakirə edəcəklər. Oktyabrın əvvəlində Baltik dənizində qaz kəməri və kabelin zədələnməsindən sonra belə tədbirlər müzakirə edilir. Müdafiə nazirləri Ukraynadakı mövcud vəziyyəti də müzakirə edəcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar