Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SSRİ-nin bərpası mümkündürmü?

Keçmiş deputat SSRİ-nin yenidən qurulmasının mümkünsüzlüyünü bəyan edib…

SSRİ-nin keçmiş xalq deputatı Alksnis: “Rusiyanın keçmiş sovet respublikalarına təklif edəcəyi heç nə yoxdur”.

PİA.az xəbər verir ki, belə bir açıqlama ilə 1990-cı illərdə SSRİ-nin parçalanmasına qarşı aktiv mübarizə aparan deputat Viktor Alksnis NSN-ə açıqlamasında bildirib.

Viktor Alksnisə görə postsovet ölkələrini birləşdirərək Sovet İttifaqının yenidən qurulmasından danışmaq faydasızdır, çünki Rusiyanın keçmiş sovet respublikalarına təklif edəcəyi heç nə yoxdur. Onun fikrincə, keçmiş SSRİ respublikaları arasında arasında ziddiyyətlər yalnız son zamanlar güclənir, üstəlik, son 30 ildə Rusiya keçmiş dövlətin fraqmentlərinin birləşdirilməsi məsələsində qeyri-aktiv olub, MDB ölkələri ilə əməkdaşlıqda yalnız pul qazanmaq məsələləri diqqət mərkəzində olub.

“Bizim keçmiş sovet respublikalarına təklif edəcəyimiz heç nə yoxdur. Biz Rusiyanı onunla birləşmək üçün nə iqtisadiyyat, nə sosial sahədə, nə də keçmiş sovet respublikalarının maraqlarını qorumaq baxımından cəlbedici edə bilmərik. Ona görə də SSRİ-nin yenidən yaradılması ilə bağlı bütün söhbətlər boş və mənasızdır. SSRİ-nin dağılmasından sonra demək olar ki, bütün 30 il ərzində biz keçmiş böyük dövlətin parçalarını birləşdirmək üçün, Rusiya bir barmaq belə tərpətməyib. Söhbət yalnız pul qazanmaq və keçmiş sovet respublikalarından satış bazarları və xammal tədarükçüləri kimi istifadə etməkdən gedirdi”, deyə Alksnis qeyd edib.

SSRİ-nin keçmiş xalq deputatı əlavə edib ki, indiyədək heç bir keçmiş sovet respublikasında Rusiya ilə birləşmə xəttini irəli apara biləcək lazımi təsirə malik siyasi qüvvələr yoxdur. O, həmçinin əlavə edib ki, 1991-ci ildə SSRİ-nin saxlanması üçün sona qədər mübarizə aparıb, lakin sonra hakimiyyət dövləti öz əlləri ilə dağıdıb və indi onu bərpa etmək mümkün olmayacaq.

Qeyd edək ki, Federasiya Şurasının üzvü Nikolay Rıjkov daha əvvəl bildirmişdi ki, SSRİ Avropa İttifaqının fəaliyyət göstərdiyi prinsiplərə bənzər yeni prinsiplər əsasında yenidən yaradıla bilər. Onun fikrincə, postsovet məkanında belə dövlətlər assosiasiyası yaratmaq mümkündür.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar