Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Srebrenitsa Anaları” Assosiasiyası Vaqif Xaçaturyanın həbsini alqışlayıb

“Meşəlidə qətliam törədən cinayətkarlar qanun qarşısında cavab verməlidir”.

“Report” xəbər verir ki, bunu “Srebrenitsa Anaları” Assosiasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç deyib.

O, müharibə cinayətkarı Vaqif Xaçaturyanın ələ keçirilməsi münasibətilə Meşəli kəndinin analarına üz tutaraq bildirib ki, onlar məhkəmələrə gedib cinayətkarın üzünə baxsınlar və ona desinlər ki, törətdiklərinə görə mühakimə olunmaq, cavab vermək anı yetişib.

“Hörmətli qurban ailələri, sizə sevgi və salamımı çatdırır, həmçinin, sizi müharibə cinayətkarını ələ keçirdiyiniz və onu ədalətə təslim etdiyiniz üçün təbrik edirəm. Oğullarınızı öldürən, sizdən alan, onlara işgəncə verən cinayətkarların qanun qarşısında cavab verməsi çox vacibdir. Yalnız haqq və ədalət uğrunda mübarizənizi davam etdirsəniz, bu, baş verəcək. Cinayətkarların oğullarınıza qarşı törətdikləri cinayətlər barədə məhkəmədə ifadə verməlisiniz. Əziz analar, siz mübarizə aparmalısınız, haqq-ədalət uğrunda mübarizədən əl çəkməməlisiniz. Məhkəməyə gedin, cinayətkarın gözünə baxın və ifadə verin. Ona deyin ki, törətdiklərinə görə cavab verməyin vaxtı çatıb”.

“Uşaqlara qisas və nifrət öyrətməyin, onları tərbiyə edin, elə bu, sizin qələbəniz olacaq”, - deyə əlavə edib.

Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Ən çox oxunanalar