Almaniya Federal Kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyası Berlin Deputatlar Palatasına keçirilən təkrar seçkilərdə məğlub olub...
Poliqon.info xəbər verir ki, bununla bağlı Bloomberg vurğulayır ki, partiya 1999-cu ildən bəri ilk dəfə Berlində belə ağır məğlubiyyətlə üzləşib. Belə ki, Almaniya kanslerinin partiyası Berlində seçkiləri nəinki uduzub, həm də tarixin ən pis nəticəsini göstərərk 18,5% səs qazanıb.
Qələbə Xristian Demokratlar İttifaqının (XDİ) olub və onlar 27,5% səs toplayıblar. Agentlik seçki tendensiyasında diqqəti bi şeyə çəkirlər. Şoltsun partiyası əslində 2021-ci ildə olduğu kimi eyni populyarlıq səviyyəsində qalıblar, XDİ isə bu illər ərzində xeyli böyüyüb.
Eyni zamanda, federal səviyyədə SDP ilə koalisiyada olan Azad Demokratlar, seçkilərin nəticələrinə görə, 5%-dən az səs toplayaraq, sadəcə Berlin şəhər məclisindən qovulublar.
Bloomberg yazır ki, Almaniya paytaxtının hakim burqomister (şəhər meri) postu ətrafında intriqalar gözlənilir.
Poliqon.info