Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şolts: NATO və Rusiya arasında müharibənin olmaması üçün əlimdən gələni edəcəm

Münaqişənin daha da böyüməməsi, NATO və Rusiya arasında müharibənin olmaması üçün əlimdən gələni edəcəm...

APA xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts MAZ-ın suallarını cavablandırarkən deyib.

"Ukraynaya güclü dəstəkdən əlavə, mənim üçün bir şey önəmli olaraq qalır. Biz müharibənin genişlənməməsi, yəni Rusiya ilə NATO arasında müharibənin olmaması üçün əlimizdən gələni edəcəyik. Biz Ukraynaya öz əsgərlərimizi göndərməyəcəyik. Və bu kontekstdə hər bir silah tədarükünün nə demək olduğunu diqqətlə nəzərdən keçirəcəyik", - Almaniyanın dövlət başçısı Ukraynaya "Taurus" raketlərinin tədarük olunmaması ilə bağlı qərarını bununla əlaqələndirib.

"Eyni zamanda, Almaniya Ukraynanı Avropanın bütün ölkələrindən daha çox silah və sursatla dəstəkləyir. Təkcə silah və sursat verilməsinə 28 milyard avrodan çox pul xərcləmişik. Bu bir çox digər ölkələrin birgə xərclədiyindən daha çoxdur. Bundan sonra da nə qədər lazımdırsa, xərcləyəcəyik. Bu, Putinə hər kəsin (Ukraynaya -red.) dəstəkdən vaz keçəcəyini gözləməməli olduğunun vacibliyini göstərir", - Kansler vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar