Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Smartfona bərabər saat artıq satışda - Foto

“Magic Watch 2” modeli bazara təqdim edilib...

Fərdiliyi ilə öyünən və özünəməxsus üslubu ilə seçilən zaman ovçuları vaxtlarını daha ağılla sərf etməyə üstünlük verirlər. Bu missiyanı həyata keçirmək üçün isə onlara hər zaman dəstək verən müasir texnoloji həllər mövcuddur. Bunların sırasında ən etibarlı və vacib aksesuarlardan biri də məhz ağıllı qol saatlarıdır.

Böyük texnoloji brendlərdən olan “HONOR” ağıllı saat bazarında öz mövqeyini gücləndirməyə davam edir. Bir çoxlarının rəğbətini qazanan “Magic Watch” smart saatlarının ardından istehsalçı funksionallığı və dizaynı ilə göz oxşayan “Magic Watch 2” modelini bazara təqdim edib.

“Magic Watch 2” xüsusiyyətləri, funksionallığı və dizaynı ilə smart saatlar bazarında ciddi rəqib hesab olunur. Belə ki, saat yüksək sürətli işi təmin edən və eyni zamanda, enerji sərfiyyatını minimuma endirən yeni “KIRIN A1” prosessoru ilə təchiz edilib. 14 günədək enerji saxlama imkanı ilə yanaşı, 4 GB yaddaş həcmi saatın performansını daha da genişləndirir.

“HONOR Magic Watch 2” smart saatları vaxtı göstərməklə yanaşı, şəkillərin köməyi ilə sizin fərdiliyinizi əks etdirir. Şəkilləriniz saatın yaddaşına həkk olunur və hər dəfə əlinizi hərəkət etdirib saata baxarkən xoş anlarınızı əks etdirən görüntülər bir-birini əvəz edir. Saatın ekranının hər dəfə işıqlanmasını gözləməyə ehtiyac yoxdur, “AMOLED” ekran istənilən zaman məlumatları göz önünə gətirir.

Diametri 46 mm və 42 mm olmaqla, dörd fərqli dizaynda təqdim edilən saatın korpusu aviasiya sənayesində geniş istifadə olunan paslanmayan yüksək keyfiyyətli poladdan hazırlanıb və mexaniki zədələrə qarşı dözümlüdür. Bu isə fəal həyat tərzi olan istifadəçilər üçün vacib xüsusiyyətdir.

Addımlayarkən, qaçarkən və ya velosipedlə hərəkət edərkən ikili naviqasiya sisteminin köməyi ilə “HONOR Magic Watch 2” sürətinizi dəqiqliklə qeydə alır. Qaçış əlavəsini yükləməklə səsli dəstək funksiyası real vaxt ərzində məşqinizi nəzarətdə saxlamağa imkan verir.

50 metr dərinlikdə suya davamlılığı bu saatı üzgüçülərin də seçiminə çevirir. Siz üzərkən “HONOR Magic Watch 2” məsafəni, kalori sərfiyyatını, sürəti və nəbzi nəzarətdə saxlayır. İdmanı musiqisiz təsəvvür etməyənlər isə heç narahat olmasınlar. Saatı “HONOR Sport Pro” qulaqlıqları ilə əlaqələndirərək, istədiyiniz musiqini smartfondan istifadə etmədən biləyinizdəki “HONOR Magic Watch 2” ilə idarə edə biləcəksiniz. Telefonunuza gələn zəngləri saatla cavablandırmaq isə bir toxunuş qədər asandır.

Bundan əlavə, “HUAWEI TruSleep 2.0” texnologiyasına sahib olan ağıllı saat yuxu rejiminizi təqib edərək, sizə istirahətin keyfiyyətinin artırılması üçün fərqli təkliflər verir. Stres səviyyənizi ölçən saat hətta yüksək əsəb vəziyyətlərində belə sakitləşdirici idman hərəkətləri tövsiyə edir. Bir sözlə, sizə özəl innovasiya vəd edən “HONOR Magic Watch 2” smart saatlarının özəllikləri tükənmək bilmir.

Artıq Azərbaycan bazarında satışa çıxarılan “HONOR Magic Watch 2” smart saatları “İrşad electronics” mağazalarının vitrinlərində yer alıb. Saata sahib olmaq istəyən hər kəs yalnız mağazalardan deyil, eyni zamanda sayt vasitəsilə onu onlayn sifariş edərək, ilkin ödənişsiz, faizsiz və komissiyasız hissəli ödəniş şərti ilə əldə edə bilər.

“İrşad Electronics” ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir. Şirkət “HONOR” brendinin Azərbaycanda eksklüziv distribüteridir.

pia.az

Fotolar




Etiket: Magic Watch 2

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar