Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: «Hakimiyyət gəncləşmə planından vaz keçməyib»


«Bəzi mövqelərə təcrübəli şəxslər qoymaq lazımdır ki, yaxşı nəticə əldə olunsun. Gəncləşdirilmə siyasətinə isə davam olunur"


Siyavuş Novruzov: "YAP-ın parlamentdə təmsil olunan kifayət qədər üzvü var".

Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının  və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olundu. Belə ki, son zamanlar yüksək məsul vəzifələrə təyinat alanlar arasında köhnə qvardiyanın olması diqqət çəkir. Eyni zamanda Nazirlər Kabinetində yer alan deputatların mandatı da qanunvericiliyə görə ləğv olunarkən Milli Məclisdə iqtidar partiyasının sıralarının seyrəlməsinə də yol açır. 

PİA.AZ-ın əməkdaşı bu suallarla Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət edib. 

Hakim partiaynın sözçülərindən biri olan Siyavuş Novruzovun fikrincə parlament üzvlərinin hökümətdə təmsil olunmaı bütün dünyada rast gəlinən praktikadır: 

"Bütün dünyada parlamentdəki kadr potensialından dövlətin idarə olunmasında kifayət qədər istifadə olunur. Səbəbinə gəldikdə, birinci növbədə həmin insanlar hazırlıqlı olurlar və seçicilərini parlamentdə təmsil edirlər. Belə adamların ictimai-siyasi fəaliyyəti, siyasi dünyagörüşü, dövlət idarəçiliyində təcrübəsi diqqət çəkir. YAP-ın parlamentdə təmsil olunan kifayət qədər üzvü var. Həm ümummilli lider, həm də indiki prezidentimiz istər parlamentdə, istərsə də partiyanın rəhbər strukturlarında, Siyasi Şurasında, İdarə Heyətində təmsil olunan şəxsləri müxtəlif vəzifələrə təyin ediblər. Bəzisi icra başçısı göndərilir, bəziləri müxtəlif nazirliklərə, dövlətin ayrı-ayrı strukturlarında təmsil olunurlar. Bu da tamamilə məqsədəuyğun və düzgün xəttdir». 
Həmçinin, son zamanlar vəzifə təyinatlarında köhnə qvardiya üzvlərinə üstünlük verilməsi hakimiyyətin hakim komandanı gəncləşdirilməsi planından vaz keçməsi anlamına gəlmir ki?, sualını cavablandıran hakim partiyanın təmsilçisi hesab edir ki, hakimiyyət gəncləşmə siyasətini davam etdirir:

«Hakimiyyət idarəetmənin gəncləşdirilməsi planından vaz keçməyib. Lakin bəzi mövqelərə təcrübəli şəxsləri qoymaq lazımdır ki, yaxşı nəticə əldə olunsun. Gəncləşdirilmə siyasətinə isə davam olunur".

Niaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar