Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Fələstinə yardım etməyi dayandıran ölkələrin sayı getdikcə artacaq...

ABŞ Dövlət Departamenti Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyəni dayandırıb...

Cavanşir Abbaslı: “Əgər günahsız yerə qətlə yetirilən fələstinlərə yardımı bu ölkələr dayandırırsa, gələcəkdə onların heç nədən danışmağa mənəvi haqları yoxdur”.

“Türkiyə başda olmaqla, Rusiya, İran, Çin və buna yaxın ölkələr Fələstinin tamamilə HƏMAS bəhanəsi altında sıradan çıxarılmasına imkan verməyəcəklər”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı ABŞ Dövlət Departamentinin Fələstinə yardımı dayandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Departamenti yanvarın 26-da Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyənin dayandırıldığını elan edib. ABŞ-dan sonra 10-dan çox inkişaf etmiş ölkə, xüsusən də Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Yaponiya və Avstraliya tərəfindən də maliyyə dayandırılıb.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin HƏMAS-la əlaqəli olması və 7 oktyabr hücumunda dolayısı ilə iştirak etməsi ilə bağlı iddialar BMT-nin nüfuzuna və bu təşkilatın fəaliyyətinə necə təsir edəcək? Həmçinin günahsız fələstinlilərin humanitar yardımdan məhru edilməsi nə qədər doğru addımdır?

ABŞ Dövlət Departamentinin fələstinlilərə qarşı atdığı addımı Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Hazırda dünyada ən işğalçı dövlətlər elə əslində Amerika başda olmaqla öndə olan ölkələrdir. Əllərində əlac olsa, özləri girib fələstinlilərə qarşı soyqırım törədərlər”.

Qəzza bölgəsində də iri güclərin pərdəarxası savaş apardığını və bu savaş bitməyincə, orada atəşkəsin əldə olunmasının mümkünsüz olduğunu vurğulayan ekspert bu savaşın hələ çox davam edəcəyini düşünür:

“Açığı buna təəccüblənmək lazım deyil. Dünya daim ikilistandartlardan çıxış edib. Əgər günahsız yerə qətlə yetirilən fələstinlərə yardımı bu ölkələr dayandırırsa, gələcəkdə onların heç nədən danışmağa mənəvi haqları yoxdur. Əslində indiyə qədər biz fələstinlərlə bağlı bunun dəfələrlə şahidi olmuşuq. Sizi əmin edirəm ki, İsrailin yerinə başqa ölkə olsaydı, fərqli mövqeləri müşahidə edərdik.

Sadəcə İsrail lobbisinin dünyadakı gücü və İsrail-Amerika yaxınlığının nə dərəcədə olduğu hər birimizə məlumdur. Bəs demokratiya, insan hüquq və azadlıqlarından dəm vuran Amerika və digərləri, nə oldu? Tam əminliklə deyirəm ki, hazırda dünyada ən işğalçı dövlətlər elə əslində Amerika başda olmaqla öndə olan ölkələrdir. Əllərində əlac olsa, özləri girib fələstinlilərə qarşı soyqırım törədərlər. Bir sözlə çox acı bir durum yaranıb”.

Cavanşir Abbaslı: “BMT-nin nüfuzu qalıb ki? Ümumiyyətlə, bu qurumun hansı ədalətindən danışmaq olar?”.

Siyasi-şərhçi BMT-ni “ölü meyit” adlandırdı: “BMT-nin nüfuzu qalıb ki? Ümumiyyətlə, bu qurumun hansı ədalətindən danışmaq olar? 5 daimi üzvü olan ölkələrə diqqət edək. Amerika son 24 ildə Əfqanıstan, İraq, Suriya, Liviya və.s ölkələri müxtəlif adlarla viran qoydu. Rusiyanın hazırda apardığı Ukranya savaşını qeyd etmək kifayət edir. Çin uyğurları soyqırım etməyə davam edir. Fransanın Əlcəzair və digər Afrika ölkələrində vaxtı ilə törətdiyi vəhşiliklər, qətllər çox sualların BMT ətrafında cavabıdır. Böyük Britaniya isə krallıq olmağı ilə mahiyyətini ortaya qoyub.

İndi dünyanın problemlərini bu beş işğalçı ölkəmi həll edəcək? Ərdoğan haqlı olaraq boşuna demir ki, dünya beşdən böyükdür. Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməsini yerinə yetirdə bilməyən BMT-də tarix olsa elə yaxşıdır. Azərbaycan ordusu onun qətnamələrini yerinə yetirməklə BMT-nin nə qədər mənasız, ədalətsiz bir təşkilat olduğunu göstərdi. Onun üçün də fələstinlilərlə bağlı verdiyi bu qərar əslində gözlənilən idi.

Cavanşir Abbaslı: “BMT-nin daimi üzvü olan ölkələr, Avropa dünyasının əksər ölkələri belə münaqişlərin bitməsində maraqlı deyillər”.

Burada əsas faktoru Türkiyə də oynadı. Çünki HƏMAS-İsrail savaşının başlandığı ilk gündən tam şəkildə Ankara Fələstinin yanındadır. BMT-nin daimi üzvü olan ölkələr, Avropa dünyasının əksər ölkələri belə münaqişlərin bitməsində maraqlı deyillər. Hazırkı Ukrayna savaşı və Qəzzada İsrailin həyata keçirdiyi əməliyyatlar bunu sübut edir.

Hesab edirəm ki, Fələstinə yardım etməyi dayandıran ölkələrin sayı getdikcə artacaq. Əgər “ağaları” bunu edirsə, “balaları” buna məcburdur. Amma düşünürəm ki, Türkiyə başda olmaqla, Rusiya, İran, Çin və buna yaxın ölkələr Fələstinin tamamilə HƏMAS bəhanəsi altında sıradan çıxarılmasına imkan verməyəcəklər. Qəzza bölgəsində də iri güclər pərdəarxası savaş aparır və bu savaş bitməyincə, orada atəşkəsin əldə olunması mümkünsüzdür. Bu savaş isə hələ çox davam edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar