Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-analitik: Üçüncü dünya müharibəsinin rəsmən elan olunmasına çox vaxt qalmayıb...

Misir İsraili Kemp-Devid razılaşmasından çıxmaqları ilə hədələyib...

Kənan Novruzov: “Kemp-Devid razılaşması da İsraillə Misir arasında münasibətlərin normallaşmasını nəzərdə tuturdu. Bu müqavilədən sonra tərəflər arasında ciddi toqquşma olmayıb”.

“Necə ki, Livan müharibəyə qoşuldu, əgər İsrail müharibənin miqyasını genişləndirsə, Misir də müharibəyə qoşulacaq”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Misirin müharibəyə qoşulma ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

İsrailin Qəzza ilə Misir sərhədində yerləşən Rəfah şəhərində keçirdiyi əməliyyata Qahirədən sərt reaksiya gəlib. Associated Press Agentliyi yazır ki, Misir İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhədə – Rəfah şəhərinə göndəriləcəyi təqdirdə bu ölkə ilə əldə edilən “Kemp-Devid” razılaşmasından çıxacaq. Qeyd edək ki, “Kemp-Devid” razılaşması ABŞ prezidenti Bill Klintonun vasitəçiliyi ilə 1978-ci ildə imzalanıb. Bu müqavilə ilə ilk dəfə bir Ərəb ölkəsi İsraili rəsmən tanıyıb və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul edib.

Müqavilə 6 ay sonra (26 mart, 1979) imzalanan sülh müqaviləsinin təməlini təşkil edirdi. Bu sülh sazişinə əsasən İsrail hərbi qüvvələrini Sinay yarımadasından çıxardı və Misir ilə diplomatik əlaqələri qurdu. Diplomatik əlaqələr 1980-ci ildə normala döndü. İsrailin ümid etdiyindən az olsa da, ticari əlaqələr oldu. Mart, 1980-ci ildə havayolu ilə nəqliyyat əlaqələri başlandı. Misir İsrailə neft satmağa başladı. Bu müqavilə ilə İsrail tərəfindən Altı gün Müharibəsində ələ keçirilən Sinay yarımadası Misirə geri verildi. Sülh cəhdlərinin nəticəsi olaraq Menaxem Begin və Ənvər Sədat, 1978-ci il Nobel Sülh Mükafatını qazandılar.

Bəs adıçəkilən razılaşma ləğv edilərsə, regionda nələr baş verə bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “İddia edirəm ki, belə davam etsə, Misir də İsrailə qarşı müharibəyə başlayacaq”.

Müharibənin genişlənməsinin və uzunmüddətli davam etməsinin bəşəriyyət üçün heç də yaxşı olmadığını vurğulayan analitik Poliqon-a bildirib ki, çoxqütblü dünyada tərəflərin öz mövqelərini daha konkret ortaya qoyması, daha ciddi fəlakət vəd edir:

“İsrailin Rəfahda əməliyyatlarla başlamasına dünya ictimaiyyəti ciddi reaksiyalar verdi. Məsələn Türkiyə Xarici İşlər Nazirliyi müharibənin genişlənmə ehtimal ilə bağlı məlumat yaydı. İranın xarici işlər naziri Hüseyn Abdullahiyan İsrailə xəbərdarlıq etdi. Əlbəttə ki, Rəfah mərkəz hesab olunduğuna görə orada hərbi əməliyyatların başlanması daha ciddi, daha ağır nəticələr vəd edir.

Bu əməliyyatı hətta İsraillə normal münasibəti olan ölkələr də başa düşür. Eləcə də Misir bu əməliyyatı başa düşür. Kemp-Devid razılaşması da İsraillə Misir arasında münasibətlərin normallaşmasını nəzərdə tuturdu. Bu müqavilədən sonra tərəflər arasında ciddi toqquşma olmayıb. Bildiyimiz kimi, Misir ərəb ölkəsidir və başa düşür ki, Rəfahda əməliyyatların başlanması ciddi nəticələr vəd edir. Belə olan halda, Misir müsəlmanları dəstəkləməlidir, yoxsa məsələyə neytral yanaşmalıdır? Bu vaxta kimi məsələyə neytral yanaşmaq mümkün idi. Amma bundan sonra aktorlar öz tərəflərini seçməli və mövqelərini ortaya qoymalıdırlar.

Kənan Novruzov: “Misir birbaşa olmasa belə, ilkin mərhələdə bilvasitə silah dəstəyi ilə müharibəyə qoşula bilər”.

İddia edirəm ki, belə davam etsə, Misir də İsrailə qarşı müharibəyə başlayacaq. Bu müharibəni istəyən üçüncü qüvvələr də var. Necə ki, Livan müharibəyə qoşuldu, əgər İsrail müharibənin miqyasını genişləndirsə, Misir də müharibəyə qoşulacaq. Hətta Misir birbaşa olmasa belə, ilkin mərhələdə bilvasitə silah dəstəyi ilə müharibəyə qoşula bilər.

Müharibənin genişlənməsi və uzunmüddətli davam etməsi, əlbəttə ki, bəşəriyyət üçün heç də yaxşı deyil. Bu çoxqütblü dünyada tərəflərin öz mövqelərini daha konkret ortaya qoyması, daha ciddi fəlakət vəd edir. Üçüncü dünya müharibəsi demək istəmirəm, çünki üçüncü dünya müharibəsi artıq faktiki olaraq gedir. Üçüncü dünya müharibəsinin rəsmən elan olunmasına çox vaxt qalmayıb”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar