Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə 16 mart 2023-cü il tarixdə Şirvan şəhərində tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Miqrasiya İdarəsinin əməkdaşları iştirak edib.

Öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət olunub. Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq, abidə önünə gül-çiçək dəstələri düzülüb.

Tədbir Şirvan Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı münasibətilə Xidmətin əməkdaşlarını təbrik edib, uğurlar arzulayıb. 16 il ərzində Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması istiqamətində görülən işlərdən danışıb.

Sonra bu əlamətdar gün münasibətilə İcra Hakimiyyətinin başçısının müavinləri miqrasiya orqanları işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov çıxış edərək, təbrikə görə əməkdaşlar adından Şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib. Miqrasiya orqanları əməkdaşlarının müzəffər ölkə başçısının rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Daha sonra Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şirvan Regional Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədova Vətən Müharibəsində igidlik göstərən əsgər və zabitlərin şərəfinə ucaldılan “Zəfər abidəsi”nin maketini hədiyyə edib.
Sonda xatirə şəkli çəkilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar