Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda məmur özbaşınalığı


Şirvan şəhəri Xanlar küçəsi döngə 2, ev 5 də yaşayan Vəliyev Vəli Vəkil oğlu tərəfindən Prezident Adminstrasiyasına və Nazirlər Kabinetinin rəhbərliyinə şikayət ünvanlanıb


PİA.AZ bildirir ki, mia.az-a daxil olan şikayət məktubunun surətində deyilir ki, Rayon Su idarəsi müxtəlif yollarla camaatdan su pulu alsa da, su üzünə həsrətdilər: 

«Bu yaxınlarda mənim özümə də suvarma aparmaya-aparmaya 200 manata yaxın borc barədə bildiriş gəlib və elə həmin gündə su xəttimi tam kəsiblər. Bu barədə mən Rayon Su İdarəsinə muraciət etsəm də, heç kəs mənə nə borcun yaranma tarixi, nə də onun hardan bu qədər olması barədə bilgi vermir. Hamısı elə bir söz bilir: "bizlik deyil, yuxaridan əmrdir”. 

Əgər mənim həqiqətən borcum yıgılırdısa, niyə görə il uzunu qapı-qapı gəzən su idarəsinin işçiləri bu vaxta qədər borcun bu qədər şişməsinə imkan veriblər?! Ya onlar işlərində məhsuliyyətli deyillər, ya da bütün yayı gəlməyən suyun pulunu yıgmaqla, onlar korrupsiya ilə məşğul olurlar. 

Hörmətli cənablar! Mən dindar və pensiyacı adamam. Sizdən xahiş edirəm, bu ahıl yaşımda hüquqlarımın qorunması ücün mənə yardımcı olasınız. Sizdən xahiş edirəm, Rayon Su idarəsində baş verən bu özbaşnalıgın qarşısına alıb, məni məhkəmələrə muraciət etməyə vadar etməyəsiniz».

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar