Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhəri ərazisində profilaktik tədbirlər davam etdirilir

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Şirvan şəhəri ərazisində profilaktik tədbirlər davam etdirilir...

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixdən elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara giriş məhdudlaşdırılıb, şəhərin bütün park və xiyabanlarında sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlar yığışdırılıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına müvafiq olaraq polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrinə postlar qururlub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədi ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun iştirakı ilə mobil qruplar tərəfindən şəhərin müxtəlif ünvanlarında, park və xiyabanlarda, yaşayış binalarının qarşısında, eyni zamanda Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində sakinlərlə maarifləndirici söhbətlər aparılıb, tələblərə əməl etməyən yaşlılara və gənclərə infeksiyanın sürətlə yayılma riski izah olunub, məsuliyyətli olmaları tövsiyyə edilib və Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara hər kəsin qeyri-şərtsiz əməl etməli olduğu bildirilib. Xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara əməl etməyən vətəndaşların inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları sakinlərin nəzərinə çatdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, xüsusi karantin rejiminin tələblərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontakda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə, Nazirlər Kabineti yanında Operativ Qərərgahın və Səhiyyə Nazirliyinin tələb və tövsiyyələrinə ciddi riayət etməyə çağırırıq.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Ən çox oxunanalar