Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şirvan oil”də daha bir müdhiş talançılıq - Faktlar


Sexi yoxlamaya gedən nümayəndə faktları ört-basdır etməyə çalışıb; Şirkətin işçisi real faktların araşdırılmasını tələb edir


Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, sözügedən şirkətin işçilərindən birinin verdiyi məlumata görə, ötən ay Müstəqil İnformasiya Agentliyində (Mia.az) sözügedən şirkətdə baş verən neqativ hallarla bağlı yayımlanan yazıdan sonra sexdə yoxlama aparılıb: 

«Düzdür, buna qədər şirkətin rəhbərliyi nəqliyyat sexində cərəyan edən talançılıq hallarını bəzi saytlarda ümumi şəkildə təkzib etməyə cəhd etdi. Guya "Şirvan Oil”ə məxsus olan texnikaların məqsədli şəkildə yararsız vəziyyətə salınması və texnikalara lazım olan ehtiyat hissələrinin başqa şirkətlərdən baha qiymətə alınması, şirkətin sürücülərinin idarə etdikləri texnikanın sınmış detallarını öz hesablarına aldırması faktları yalandır. Əslində isə bu faktlar təkzib edilməzdir. Bunun yozumunu nə qədər versələr də, ört-basdır etmək mümkün deyil. Sadəcə olaraq bu işin başında dayanan nəqliyyat sexinin menecer müavini Elçin Maqsudlu, onun da arxasında Baş İdarədə təchizat üzrə menecer işləyən dayısı oğlu Elşad Məmmədhəsənov durmaqla, buna cəhd var. Elə buna görə də şirkətə gələn yeni yoxlama araşdırmanı başdansovdu apararaq, "yuxarı”ya yalan informasiya verdilər. Ki guya sexdə oğurluq hadisəsi olmayıb. Amma həqiqəti aşkar etmək üçün Elçin Maqsudlunun boruları satdığı nəqliyyat istismar şöbəsinin rəisi Rafael Əliyevin həyətinə bir baxış keçirmək kifayət edərdi ki, onun istilikxanada istifadəyə etdiyi boruları haradan əldə etdiyi bəlli olsun».

Şirkətin işçisi deyir ki, bu günlərdə Baş İdarədən göndərilən Əlisəttar adlı hüquqşünas əməkdaşlara təzyiqlər də edib: «O, H 022 306 nömrə nişanlı texnikanı idarə edən Elvin Qasımovdan izahat alıb. Bu zaman ona təzyiq edib ki, izahatında «ehtiyat hissəsini öz hesabına almayıb, şirkətdən veriblər» yazsın. Sürücü hüquqşünasa detalı öz hesabına aldığını söyləsə də, xeyri olmayıb və sonuncunun ciddi xəbərdarlığı ilə üzləşib: "Əgər detalı öz hesabına aldığını yazsan, işdən maddə ilə qovulacaqsan və bundan sonra səni heç yerdə işə götürməyəcəklər. Əgər izahatını dəyşib, başqa cür verəsən, məsuliyyətə cəlb olunacaqsan” Əlacsız qalan Elvin Qasımov isə izahatında yazıb ki, texnikaya lazım olan detalı dostu hədiyyə edib, vəsaiti ilə almayıb.

Təsəvvür edin, şirkətin texnikası üçün E.Qasımova dostu 180 manatlıq detal hədiyyə edib. Gülünc halı görürsünüzmü? Onda sual olunur: əgər həqiqətən də sürücünün dostu şirkətin maşını üçün detal hədiyyə edibsə, o zaman E.Maqsudlu Baş İdarəyə 180 manatla bağlı necə hesabat verib? 

Bundan əlavə, niyə mexanikləri 4 nəfərlik qrafikdən 3 nəfərlik qrafikə keçirən E.Maqsudlunun hərəkətlərini araşdırmayıb? Bunları etməkdənsə, yoxlamanı aparan Əlisəttar müəllim Baş İdarədə hüquq üzrə menecer işləyən Nihad müəllimə yanlış məlumat verərək hər şeyin qaydasında olduğunu deyir». 

Müsahibimiz deyir ki, əgər yuxarıdakı faktlarla bağlı tədbir görmək istəmirərsə, heç olmasa, bu faktları doğru-dürüst araşdırsınlar: «Yaxşı olar ki, Elçin Maqsudlu bi ilin əvvəlindən nəqliyyat sexinə menecer müavini təyin ediləndən sonra onun ağır texnikalar üzrə bölmə rəisi Rahib Mirzəyev, nəqliyyat sexinin böyük mühəndis Mansur İmamverdiyev vasitəsi ilə həyata keçirdiikləri işləri yoxlasınlar. 

Sizə son 10 ayda sıradan çıxarılan və detalları satılan üzdə olan texnikaların siyahısını verirəm:

Üzərində qaldırıcı qurğu olan Az 18 T 074, Az 18 T 076 nömrəli, üzərində qaldırıcı qurğular olan Az 18 T 064 nömrə nişanlı "Kraz 250” markalı, Az 18 AC 778 nömrə nişanlı, Az 18 AC 774 nömrə nişanlı, üzərində sementləyici qurğu olan "Kraz 250” markalı Az 18 AC 512 nömrə nişanlı texnikalar yararsız hala salınıb. Hazırda həmin texnikalardan ələ gələn heç nə qalmayıb. Bunlar niyə araşdırılmır?

Onlar bunu araşdırmaq əvəzinə, şikayət edənləri «öz metodları» ilə axtarmağa və cəzalandırmağa çalışırlar. Amma yenə də əməllərindən və kobud davranışlarından da çəkinmirlər. Məsələn, AH 022 305 nömrəli texnikanın sürücüsü mühərrikin remenini dəyişmək məqsədi ilə Mansur İmamverdiyevə müraciət edib. Amma gözləmədiyi situasiya ilə üzləşib. M.İmamverdiyev onu remenlə təmin etmək əvəzinə "işə məsuliyyətsiz yanaşırsan ki, remen bu hala düşüb” kimi bəhanlər gətirərək, onu cilingər kimi işləməyə vadar edib. Bu da Əmək Məcəlləsinin ciddi şəkildə pozulması, nizamsızlıq və özbaşınalıq deyilmi?

Şikayətdə adları çəkilənlərin mövqeyini də dərc etməyə hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar