Ermənistan Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışından narazı qalıb...
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın BMT-dəki nümayəndəsinin dünən Təhlükəszilik Şurasında çıxışından narazılığını ifadə edib.
PİA.az Ermənistan mətbuatına əsasən xəbər verir ki, erməni spiker Rusiyanın mövqeyindən təəccüblənməyib.
“Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışını neqativ qarşılayıram. Ermənistanın müttəfiqindən daha ünvanlı mövqe gözləyirdik. Rusiyanın nümayəndəsi isə ümumiyyətlə Ermənistanla əlaqələri olmayan ölkələrdən daha zəif çıxış etdir”, deyə Simaonyan vurğulayıb.
Ermənistan parlamenrinin sədri deyib ki, son baş verən hadisələrə Moskvanın göstərdiyi reaksiyadan sonra Yeravan elə belə də mövqe gözləyirmiş:
“Mən düşünürəm ki, Rusiya ya istəmir, ya da bacarmır. Yaxud da eyni vaxtda həm istəmir, həm də bacarmır. Mən Moskvanın mövqeyindən təəccüblənmədim. Baş verənlərə göstərilən reaksiyadan sonra biz elə belə də mövqe gözləyirdik”, deyə Simonyan bildirib.
Qeyd edək ki, dünən BMT Təhlükəsizlik Şurasında Fransa və Ermənistanın tələbi ilə Xankəndi-Ermənistan yolunda Azərbaycan ekoaktivistlərinin keçirdiyi etiraz aksiyası müzakirə edilib. Müzakirələr zamanı Rusiyanın BMT-dəki nümayəndəsi Azərbaycan ekspertlərinin Qarabağdakı mədənlərdə yoxlama arara bilməsi üçün danışıqlar aparıldığını qeyd edib.
pia.az