Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Osetiyanın eks rəhbərinin oğlu Jirinovskinin oğlunu təyyarədə döydü

LDPR lideri Vladimir Jirinovskinin kiçik oğlu Moskvanın Vnukovo hava limanında baş verən davada xəsarət alıb.

Qaynarinfo “Baza” Telegram kanalına istinadla xəbər verir ki, 12 aprel axşam saatlarında siyasətçinin qeyri-qanuni oğlu Oleq Eydelşteyn Vladikavkazdan paytaxta uçub. Eyni təyyarədə Şimali Osetiyanın təqaüdçü rəhbəri Vyaçeslav Bitarovun oğlu da olub. Elə oradaca Jirinovskinin varisi ilə kiçik Bitarovun arasında qarşıdurma yaranıb.

“Baza”nın məlumatında deyilir: “Bunu dava adlandırmaq çətindir. Bitarov sadəcə Eydelşteyni yaxşıca döyüb”.

Bəzi məlumatlara görə, Eydelşteyn başından ən azı dörd zərbə alıb və hadisə ilə əlaqədar polisə açıqlama verib. “Baza” yazır ki, bu qarşıdurmanın əsasında siyasi səbəb – Eydelşteynin Osetiya parlamentinə son seçkilərə qatılması dayana bilər.

Məlumdur ki, Qalina Lebedeva ilə bir evlilikdən Jirinovskinin 1972-ci ildə anadan olmuş İqor adlı oğlu var, hazırda Dövlət Dumasının sədr müavinidir. Bir qədər əvvəl siyasətçi 80-ci illərin ortalarında iki fərqli qadından – qızı Anastasiya və oğlu Oleq (anadan olanda – Qazdarov) olmaqla iki qeyri-qanuni övladının olduğunu etiraf edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ən çox oxunanalar