Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seyran Səxavət: “Azərbaycan dili bu gün reanimasiyadadır, can verir”

Cümlə qurmaq dövlət qurmaq qədər çətindir, vəssalam...

Azərbaycan dili bu gün reanimasiyadadır, can verir”.

APA xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Mahnılarımız monitorinq aynasında” adlı tədbirində yazıçı Seyran Səxavət deyib.

Yazıçı dilin qorunması üçün təşəbbüslərin vacibliyini diqqətə çatdırıb.

“Mən xahiş edirəm, bu dili qoruyaq. Mən bu dilin xətrini hamıdan çox istəyirəm. Bu dil mənim hər şeyimdir. Hamımızın hər şeyidir. Ən məşhur mahnılarda elə sözlərə rast gəlirəm ki, şoka düşürəm. Oxuyan adam Xalq artistidir. Bəs bu adam oxuduğu mahnının sözlərini eşitmir?

“Şeir-sənət keşiyisən,

Göy Xəzərin beşiyisən,

Abşeronum mənim”.
Bu nədir? Şeir-sənət keşiyi nə deməkdir? Abşeron elə Xəzər dənizinin içindədirsə, necə Xəzərin beşiyi olur?

Yaxud:

Sən tel ol, mən daraq,

Bir yerdə olaq.

Bu cür mahnıları oxuyan adamlar sözləri eşidəndə özləri özlərini başa düşürlərmi? Yox. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir, vəssalam”, - yazıçı əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Ən çox oxunanalar