Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səssiz dünya” şəhid Əliağa Məmmədovun xatirəsini yad etdi

“Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” adlı layihənin icrasını davam etdirir.
Akademik Musiqili Teatrda həyata keçirilən layihənin rəhbəri Aida Səfərova tədbirlə bağlı daha ətraflı məlumat verib: “Təşkilat olaraq eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün 44 günlük Şanlı Zəfər tariximizlə bağlı mədəni tədbirlərin həyata keçirilməsinə və bu istiqamətdə təbliğat işlərinin aparılmasına start vermişik. Təqdim etdiyimiz "Puç olmuş arzular" adlı kompozisiya Akademik Musiqili Teatrın şəhid övladı, işıqçı Əliağa Məmmədova və onun timsalında bütün şəhidlərimizə həsr olunub.

Qeyd edək ki, yazıçı Narıngül Nadirin ssenarisi əsasında Ritual Mobil Teatr Laboratoriyasının rejissoru və sosial teatr təlimçisi Elnur Paşa Rzayevin quruluşunda səhnələşdirilən bu kompozisiyada bizim ictimai birliyin və “İnklüziv teatr” studiyasının üzvləri olan Sunay Məmmədli, Timur Ağayev, Yasin Məmmədov, Əfsanə İsmayilova, Nərmin Hümbətzadə, Səkinə Nəzərova, Nihat Nəzərov və Mürşüd Hüseynov iştirak ediblər.

Səhnənin sonunda şəhid Əliağa Məmmədovun yazdığı bir şeir həm jest dili ilə, həm də surdotərcüməçi vasitəsilə tamaşaçılara çatdırılıb.

Biz bu tədbirləri sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 2 saylı respublika xüsusi internat məktəblərində davam etdirəcəyik, eyni zamanda nitq və eşitmə məhdudiyyətli uşaqlar üçün də bu kompozisiyanın premyerası göstəriləcək.

Layihə çərçivəsində səhnələşdirilən kompozisiya 200 ədəd diskə yazılacaq və təqdimatı keçirilən məktəbdə uşaqlara pulsuz paylanılacaq. Bununla yanaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 200 ədəd jest dilində daktil əlifba kitabi da çap olunaraq onlara təmənnasız veriləcək.

Tədbirin iştirakçıları olan eşitmə və nitq məhdudiyyətli uşaqlar Akademik Musiqili Teatrın “İnklüziv Teatr” studiyasında məşğələlər keçib və teatrda onlar üçün yaradılan şəraitdən bəhrələniblər.

Bu işdə bizə dəstək olan Akademik Musiqili Teatrın kollektivinə, xüsusi ilə teatrın rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə, teatrın UNESCO tərəfindən qəbul edilmiş “İnklüziv teatr” layihəsinin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədova və ümumiyyətlə, əziyyəti olan hər kəsə minnətdarlığımı bildirəm”.

Tədbirin sonunda “Səssiz dünya” İB -nin sədri Aidə Səfərova layihənin fəal üzvlərini diplomlarla təltif edib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Ən çox oxunanalar