Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddə gərginlik... - Rusiya yenidən sülh prosesini pozmaq üçün düyməyə basıb?

Yeni Brüssel görüşünün baş tutacağı ilə bağlı xəbərdən sonra sərhəddə bu yaşananlar təsadüfdürmü?..

Politoloq: “Zəngilan istiqamətində mövqelərimizin atəşə tutulması Rusiyanın sülh prosesini pozmaq üçün yenidən düyməyə basmasıdır”.

“Ya revanşistlər, ya da Rusiyanın təsir dairəsində olan 5-ci kalon Brüssel görüşünü pozmaq üçün sərhəddə gərginlik yaratdılar”.

Bu sözləri politoloq Qabil Hüseynli ordumuzun mövqelərinin atəşə tutulmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən ZəngilanTovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutuldu. Bir hərbçimiz yaralanıb.

Buna cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.

Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, deyə DSX-dan bildirilib.

Qeyd edək ki, məhv edilən ermənilər “Yerkrapa” terror təşkilatının üzvləri olublar. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Yeni Brüssel görüşünün baş tutacağı ilə bağlı xəbərdən sonra sərhəddə bu yaşananlar təsadüfdürmü? Demək olarmı ki, Rusiya sülh prosesini pozmaq üçün yenidən düyməyə basıb? Paşinyanın Ali Baş komandan olduğu ordunu idərə edə bilməməsi nədən xəbər verir və Moskva platformasından kənar Ermənistanla sülh prosesi mümkündürmü?

Baş verən təxribatla bağlı Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

Qabil Hüseynli: “Hər bir halda bütün baş verən proseslərdə Rusiyanın barmağının olduğunu mütləq demək lazımdır”.

Ermənistan ordusunda komandirlər, polkovniklər, ümumiyyətlə aşağı rütbəlilərin içində “Qarabağ klanı”nın nümayəndələrinin olduğunu vurğlayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, sərhəddə baş verən pozuntulara görə də onlar məsuliyyət daşıyırlar:

“Bəli, mən fikirləşirəm ki, Zəngilan istiqamətində mövqelərimizin atəşə tutulması Rusiyanın sülh prosesini pozmaq üçün yenidən düyməyə basmasıdır. Ya revanşistlər, ya da Rusiyanın təsir dairəsində olan 5-ci kalon Brüssel görüşünü pozmaq üçün sərhəddə gərginlik yaratdılar. Onlar istəyirdilər ki, Azərbaycan da qızışıb cavab atəşi açsın. Yaxşı ki, atəş uzunmüddət davam etmədi və tez səngidi. Hər iki tərəf də bunu araşdırmağa başladı.

Hər bir halda bütün baş verən proseslərdə Rusiyanın barmağının olduğunu mütləq demək lazımdır.

Əlbəttə, Moskva platformasından kənar Azərbaycanla Ermənistan arasında sülh prosesi mümkündür. Sadəcə olaraq Ermənistanda ordu bütövlükdə “Qarabağ klanı”nın dövründə formalaşıb. Ordunun orta və yüksək rütbəli zabit heyyətinin ən azı 90 faizi Dağlıq Qarabağın ərazilərinin əsgərləri olub. Ermənistan ordunu silkələyib təmizləməyə çalışır, amma tam təmizləyib bitirə bilməyiblər. Hətta əsgərlərin içərisində də xeyli dərəcədə Qarabağ klanının nümayəndələri var.

Demək olar ki, Paşinyan orduda ali komanda heyətini dəyişib, başa çatdırıb, amma orta komandirlər, polkovniklər, ümumiyyətlə aşağı rütbəlilərin içində Qarabağ klanının nümayəndələrinin olduğu görünür. Aranı da onlar qarışdırır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Ən çox oxunanalar