Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyranbatan su anbarının yanında təhlükə: Yolu çirkab dağıdıb?

Xırdalan şəhərində yerləşən Həsən Əliyev küçəsinin uzun müddətdir ki, kanalizasiya suyunun yola axması səbəbindən keçilməz vəziyyətdə olduğu iddia edilir...

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayımlanıb.

Qeyd olunub ki, problemin yaşandığı ərazi Ceyranbatan su anbarının yaxınlığında yerləşir. Sakinlər bildirirlər ki, kanalizasiya suyu aylardır, hətta illərdir yolu bərbad hala salıb. Artıq vəziyyət o həddə çatıb ki, yoldan keçmək mümkün deyil.

Başqa bir şikayətçi isə qeyd edib ki, dörd il öncə Xırdalanın kanalizasiya sistemi yenilənərkən işlər yarımçıq qalıb. Nəticədə, demək olar ki, hər gün kanalizasiya suyu daşaraq Ceyranbatan gölünə axır.

Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yola axan kanalizasiya suyu deyil.

"Bu, Xırdalanda "Qafqaz" adlandırılan nasosxanadır. Orada iki nasosxana var - biri həyətin içərisindədir, köhnədir, digəri yenidir. Hazırda bizdə köhnə nasosxnana fəaliyyət göstərir. Gün ərzində orada yeni nasos təmir edilib, yeni siyirtmə quraşdırılıb, nasosun giriş-çıxış siyirtmələri saxlamadığına görə təmir vaxtı biz məcbur oluruq ki, hansısa nasosda iş görəndə ümumiyyətlə sistemi saxlayaq. Ona görə ötən gecə saat 12-dən səhər saat 5-ə qədər giriş hissəyə siyirtmə quraşdırmışıq ki, hər hansı nasosun birində problem yaranarsa, yalnız o nasos təmir olunsun, o biri nasosxananı saxlamağa ehtiyac yaranmasın. Bu problemin 80%-i artıq həll olunub", - deyə məlumatda bildirilir.

Həmçinin, əlavə olunub ki, yoldakı su gölə axmır:

"Göl ilə heç bir əlaqəsi yoxdur. Bir neçə günə yolda su tamamilə quruyacaq".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Müdafiə naziri: Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay