Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Françesko Korvaro: İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürür

COP29-dan əvvəl Bakıda keçirilən görüş başa çatıb. Bu görüş noyabr ayında keçiriləcək iqlim konfransına gedən yolda mühüm bir mərhələni qeyd edib. Müzakirənin əsas mövzuları uyğunlaşma, təsirlərin azaldılması, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Paris Sazişinin 6-cı Maddəsi olub...

“Report” xəbər verir ki, bu barədə İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirilən Pre-COP29-un yekunlarına dair sosial şəbəkələrdə yazıb.

"Müzakirələr intensiv idi. Bu, məsələlərin kritik əhəmiyyətini əks etdirirdi. Mövzuların həssaslığına baxmayaraq, iştirakçılar arasında iqlim siyasətinə inamı və dayanıqlılığı artırmaq üçün konsensusa nail olmağın vacibliyi daha da vurğulanır”, - F.Korvaro vurğulayıb.

O qeyd edib ki, İtaliya COP29-da Azərbaycanın sədrliyi altında üzərinə aparıcı rol götürüb: “Azərbaycan sədrliyi dörd əsas prioritetə əlavə olaraq beşinci prioritet - şəffaflıq üzərində diqqətini cəmləyib. Azərbaycan inkişaf etməkdə olan dövlətləri təmsil edən Qazaxıstanla yanaşı İtaliyanı bununla bağlı ölkə təyin edib. Bu təyinat İtaliya üçün tarixi bir fürsətdir. Ölkənin ədalətli və praqmatik keçidə sadiqliyinin beynəlxalq tanınmasını vurğulayır".

"İtaliyanın dünya səhnəsindəki rolunu gücləndirmək və iqlim dəyişikliyinə qarşı effektiv tədbirləri birgə irəli aparmaq üçün bu fürsətdən istifadə etmək son dərəcə vacibdir. İtaliya Avropanın və dünyanın ən böyük iqtisadiyyatlarından biri olaraq, davamlı inkişaf və aşağı karbonlu gələcəyə keçid sahəsində lider olmaq üçün əhəmiyyətli potensiala və resurslara malikdir", - F.Karvaro bildirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək

Ən çox oxunanalar