Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub - Təfərrüat, Yenilənib

Şəmkir rayon Könüllü kəndində qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub...

"Report"un Qərb bürosunun məlumatına görə, Könüllü kəndində Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucova aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib.

Hadisənin başvermə səbəbləri tam məlum deyil.

Qadının həyat yoldaşı öz xalası oğlu olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

pia.az


Etiket: qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay