Şəmkir rayonu Qasımalılar kəndində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub...
“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2106 markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü - 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info