Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyənin “kardinalı” – Nazir də söz deyə bilmir

Azərbaycana gətirilən dərman preparatlarının rəyi, yəni icazəsi hələ də səhiyyə nazirinin sabiq müavini Elsəvər Ağayevin rəhbərliyi ilə verilir....

Azərbaycanda son illər bəzi dərman preparatlarının çatşmazlığı və süni qiymət artımı yaşanır. Apteklərdə bəzi dərmanlar tapılmır, əksəriyyətinin qiyməti həddən artıq yüksəkdir…

Qaynarinfo bu istiqamətdə bəzi araşdırmalar aparıb.

Məlum olub ki, Azərbaycana gətirilən dərman preparatlarının rəyi, yəni icazəsi hələ də səhiyyə nazirinin sabiq müavini Elsəvər Ağayevin rəhbərliyi ilə verilir. O, dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün yaradılmış Səhiyyə Nazirliyinin nəzdində Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir.

Ölkəyə daxil olan dərman preparatlarının satışına icazəni birbaşa sabiq müavin verir və yaxud əksinə… Bu gün apteklərdə satılan dərmanların əksəriyyətinin içliklərində Elsəvər Ağayevin imzasına da rast gəlinir.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, hələ də xəstələrə lazım bəzi olan dərmanların ölkəmizə idxalına Elsəvər Ağayev tərəfindən icazə verilmir və yaxud başqa adlarla idxal olunur.

Bir il əvvəl “Valerian”, “Tetraçkilin”, “Çitramon”, “Aqomentin”, “Ksanaks” kimi dərmanların Azərbaycana gətirilməsinə icazə verilmirdi. Hazırda isə “Aqomentin” və “Ksanaks” dərman preparatlarının idxalı dayandırılıb. Uşaqlar üçün istifadə olunan “Nurafen” siropları da apteklərdə yoxa çıxıb. Yalnız başqa-başqa ölkələrdə “Nurafen” tərkibində istehsal olunub, ölkəmizə idxal olunan siropların satışına rast gəlinir.

Əksər həkimlərə də sözügedən dərmanların retseplərdə əks olunması tövsiyə edilir.

Əldə etdiyimiz digər məlumata görə, bu gün idxal olunan tibbi avadanlıqların monopolyası da Elsəvər Ağayevin nəzarətindədir. Sabiq nazir müavini bu işi qudasının rəhbərliyi ilə “Arash Medical Companiy” şirkəti vasitəsilə həyata keçirir.

“Arash Medical Companiy”nin rəhbəri Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. O, həmçinin “Badam Medical Center” və digər bir neçə özəl klinikaların sahibidir.

Qeyd edək ki, Elsəvər Ağayev 3 fevral 2022 tarixində ölkə başçısının sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay