Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid anasının çörəyi əlindən alındı - Şirvanda


68 yaşlı şəhid anası, Şirvan şəhər sakini Sitarə Mikayılova dövlət tərəfindən ona verilən çörək dükanının əlindən alınması ilə bağlı musavat.com-un redaksiyasına şikayət edib


Şikayətçinin sözlərinə görə, 1993-cü ildə oğlu şəhid olduqdan sonra Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, 4 nömrəli mağazanın 2 saylı filialında yerləşən çörək dükanı Mikayılovlar ailəsinə verilib. 

Qeyd edək ki, Sitarə Mikayılovanın oğlu Vahid Mikayılov 1992-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və hökumət şəhid ailəsinə kömək məqsədilə bu dükanı onlara verib. 

Sitarə Mikayılova deyir ki, 2000-ci illərin əvvəllərinə qədər onlar mağazanı işlədiblər. Son bir neçə ildə isə istifadəsiz qalıb. Bu müddətdə yan tərəfdəki dükanın sahibi Əziz Əliyev öz dükanının ərazisini böyüdərək, Mikayılovların dükanının ərazisinə keçib. 

İndi Mikayılovlar öz dükanlarını özəlləşdirmək istəsələr də, Ə.Əliyev onların yerini zəbt etdiyindən obyekti planda nəzərdə tutulan qaydada özəlləşdirə bilmirlər. Əmlak Komitəsindən ailəyə bildirilib ki, obyektin özəlləşdirilməsi üçün ilk növbədə məhkəmə qərarı ilə Əziz Əliyevin dükanın zəbt  etdiyi hissəsindən çıxması lazımdır. 

Şikayətçilər deyir ki, qarşı tərəf - Əziz Əliyevin kürəkəni Ruslan Mirzəyev həmin rayonda vəkildir və yuxarı dairələrlə yaxın münasibətləri var. Əziz Əliyev də onun imkanlarından istifadə edərək, özünə məxsus olmayan əraziyə keçib.
 
Sitarə Mikayılovanın sözlərinə görə, öncəki məhkəmə qarşılaşması zamanı vəkil Ruslan Mirzəyev onu şəhid anasına layiq olmayan sözlərlə təhqir edib: “Mənə dedi ki, bir şəhid ailəsi vəsiqəsi götürüb, dilənçi kimi düşmüsən qapılara, bununla heç nə əldə edə bilməyəcəksən. Bu söz məni çox yandırdı. Mən bu vətən üçün övladımı qurban vermişəm. Ancaq bu ölkədə haqqımı qoruya bilmirəm”.
 
Sitarə Mikayılovanın qardaşı Ağaşükür İmanov deyir ki, bir müddət öncə Ə.Əliyevi onlara aid olan ərazini boşaltması üçün məhkəməyə veriblər, ancaq hələlik məhkəmə keçirilməyib: “Dəfələrlə Əmlak Komitəsinə, son olaraq da Ədliyyə Nazirliynə müraciət etmişik. Ancaq hələ ki, cavab verilməyib. İnanırıq ki, bu iş ədalətlə həll olunar”.
 
Qeyd edək ki, Mikayılovlar ailəsi 10 nəfərdən ibarətdir və bu dükan ailənin yeganə çörək ümididir.
 
P.S. Yazıda adı çəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar