Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirliyimizə qarşı terror hadisəsinin istintaqı bitir... - İran ədalətli ola biləcəkmi?

Həm Azərbaycan, həm də İran səfirliyin fəaliyyətinin bərpa edilməsini istəyir. Amma...

Politoloq: “Son zamanlar İranın rəsmiləri tərəfindən Azərbaycana münasibətdə yumşalma siyasətini müşahidə edirik”.

“Əgər səfirliyimizə edilən hücumun araşdırılması istiqamətində İran həqiqətən də ədalətli araşdırma aparacaqsa, ibtidai istintaq zamanı aparılan araşdırmanın nəticələri Azərbaycan dövlətini və xalqını razı salacaqsa, bu halda səfirliyimizin fəaliyyətinin davam etdirilməsi mümkündür”.

Bu sözləri politoloq Xəyal Bəşirov İranla Azərbaycan arasındakı son münasibətləri Poliqon-a şərh edərkən qeyd edib.

Tehran Azərbaycanın da İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istəyir. Rəsmi Bakı da Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətə başlamasını istəyir. Ancaq bunun üçün Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması başa çatmalı, cinayəti həyata keçirən və planlaşdıranlar cəzalarını almalıdırlar. Tehran istintaqın yaxın zamanda bitəcəyini bildirsə də, istintaq barədə heç bir məlumat da sızdırılmır.

Bəs Bakı və Tehran arasında bu məsələdə İran hökümətinin obyektiv və səmimi ola biləcəyinə dair etimal atmosferi formalaşıb? Ümumiyyətlə, istintaqın bitməsi Tehrandakı Azərbaycan səfirliyinin açılmasına yol aça bilər?

Mövzunu Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Hər bir halda hesab edirəm ki, hazırkı mərhələdə addım atmaq növbəsi İran tərəfindədir”.

Bu məqamlar, yəni Azərbaycana münasibətdə siyasətin düzəldilməsi, səfirliyimizə edilən hücumun araşdırılması yalnız fikirlərdə, sözlərdə, bəyanatlarda olmamalı olduğunu vurğulayan politoloqoloq əlavə edib ki, bunlar real işdə və əməldə olmalıdır:

“Son zamanlar İranın rəsmiləri tərəfindən Azərbaycana münasibətdə yumşalma siyasətini müşahidə edirik. Bunu onunla əsaslandıra bilərik ki, 5 iyul tarixində Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirində iştirak etmək üçün Bakıya səfər edən İranın xarici işlər naziri Abdullahiyan bununla bağlı İran tərəfinin rəsmi mövqeyini bildirmişdi. O, qeyd eymişdi ki, İran Azərbaycanla münasibətlərin normallaşmasını istəyir.

Eyni zamanda Abdullahyan səfirliyimizə edilən hücuma da toxundu. O bu teror cinayəti ilə bağlı İran tərəfinin rəsmi mövqeyini diqqətə çatdırdı və qeyd etdi ki, cinayəti törətməkdə təqsirli olan şəxs layiqli cəzaya məhkum ediləcək. Əslində bizim də istəyimiz odur ki, səfirliyimizə qarşı o cinayəti törədən və cinayətin arxasında duran şəxslər lazımi məsuliyyətə cəlb edilsinlər. Azərbaycanın İranla münasibətlərinin pisləşməsində, səfirliyin fəaliyyətini dayandırmasında, diplomatik korpusun rəsmi İrandan təxliyə edilməsində əsas məqsədi bunula bağlı idi.

Təbii ki, Azərbaycanın bu addımları artmasında başqa səbəblər də var idi. İran ermənipərəst mövqeyini ortaya qoymuşdu. Xüsusilə, ikinci Qarabağ müharibəsi dövründə və müharibədən sonrakı dövrdə İran tərəfindən Azərbaycana qarşı qərəzli mövqelərini müşahidə etdik. Amma düşünürəm ki, İranın Azərbaycana münasibətdə siyasətinin dəyişməsində əsas səbəb onların Azərbaycanın prinsipial mövqeyindən geri addımlar atmayacağını anlamaları oldu. İran başa düşdü ki, Azərbaycanla nə zor, nə də hədə dilində danışmaq olmaz.

Eyni zamanda hesab edirəm ki, Azərbaycan haqlı olduğuna görə qarşı tərəflər gec-tez bunu anlayırlar. Bir neçə dövlətlər bunu qəbul etməsələr də, anlamaq məcburiyyətində qalırlar. Düşünürəm ki, bu da çox önəmli bir məqamdır.

Xəyal Bəşirov: “Bütün bunlar sadəcə sözlərdə və bəyanatlarda qalacaqsa, bu halda Azərbaycan da öz mövqeyindən geri çəkilməyəcək və İrana münasibətində, siyasətində dəyişiklik etməyəcək”.

Əgər səfirliyimizə edilən hücumun araşdırılması istiqamətində İran həqiqətən də ədalətli araşdırma aparacaqsa, ibtidai istintaq zamanı aparılan araşdırmanın nəticələri Azərbaycan dövlətini və xalqını razı salacaqsa, bu halda səfirliyimizin fəaliyyətinin davam etdirilməsi mümkündür. Çünki səfirliyimizin İran ərazisində fəaliyyət göstərməsi bizə də lazımdır. Bu gün İranın Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycanın İrandakı səfirliyi fəaliyyət göstərmir. Bu o demək deyil ki, bu bizim maraqlarımıza uyğundur.

Azərbaycanın İranda səfirliyinin olması Azərbaycanın İranda mövcudluğu deməkdir. Səfirliyin olması İran ərazisində Azərbaycanın maraqlarına uyğun siyasətin yürüdülüb-yürdülməməsi deməkdir. İranda Azərbaycan xalqına ola münasibət, İranın Cənubi Qafqaz siyasəti səfirliyimiz tərəfindən müşahidə edilir və analiz edilir, məntiqi nəticə çıxarılır. Buna görə də hesab edirəm ki, səfirliyimizin orada olmasının səbəbkarı İranın hazırkı rejimi və onun yürütdüyü siyasətdirsə, bu siyasətə düzəliş ediləcəksə, Azərbaycana münasibətdə yürüdülən siyasətdə dönüş edəcəklərsə, bu halda səfirliyimizin fəaliyyətini davam etməsi məqsədəuyğun olacaq. Azərbaycan dövləti də bu istəkdədir.

Hər bir halda hesab edirəm ki, hazırkı mərhələdə addım atmaq növbəsi İran tərəfindədir. Bu məqamlar, yəni Azərbaycana münasibətdə siyasətin düzəldilməsi, səfirliyimizə edilən hücumun araşdırılması yalnız fikirlərdə, sözlərdə, bəyanatlarda olmalarıdır. Bunlar real işdə və əməldə olmalıdır. Biz də bunun nəticələrini görməliyik. Bütün bunlar sadəcə sözlərdə və bəyanatlarda qalacaqsa, bu halda hesab edirəm ki, Azərbaycan da öz mövqeyindən geri çəkilməyəcək və İrana münasibətində, siyasətində dəyişiklik etməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar