Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev İsraildə işgüzar səfərdədir

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir

 

İsrail Gömrük Xidməti rəhbəri Avraham Ben Ardetenin dəvəti ilə baş tutan səfər çərçivəsində dekabrın 16-də iki ölkənin gömrük xidməti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə sədr Səfər Mehdiyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət, iqtisadi islahatlar, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatın diversifikasiyasıistiqamətində görülən işlərdən danışıb.

Qeyd edilib ki, hökumətlərarası birgə komissiyanın iclasının protokoluna müvafiq olaraq, gömrük qurumlarına protokolda əksini tapan aidiyyəti məsələlərin müzakirə edilməsi və müvafiq işin aparılması tapşırılıb.

Səfər Mehdiyev, həmçinin Azərbaycan və İsrail arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, İsrail Gömrük Xidməti ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib, son zamanlar Azərbaycan gömrük sistemində aparılan islahatlar haqqında məlumat verib, eyni zamanda malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə edilməsi sistemi sahəsində İsrail tərəfi ilə qarşılıqlı təcrübə mübadiləsinin önəmindən bəhs edib.

İsrail Gömrük Xidmətinin rəhbəri Avraham Ben Ardete iki ölkənin gömrük orqanları arasında əlaqələrdən söhbət açıb, İsrail tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.

Dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İordaniya Haşimilər Krallığı ilə sərhəddə yerləşən “Allenby” gömrük-buraxılış məntəqəsinə səfər edib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olublar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar