Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sedat Peker nə üçün yeni video çəkmədiyini açıqladı: “Dedilər ki...”

Uzun müddət xaricdə həm Türkiyə həm də Azərbaycanla bağlı qalmaqallı videolar yayımlayan mafiya lideri Sedat Peker nə üçün yeni video çəkmədiyini açıqlayıb.

Tanınmış türkiyəli jurnalist İsmail Saymaz tərəfindən yayımlanan yazıda Sedat Pekerlə bağlı yeni məlumatlara yer verilib. Saymaz, Sedat Pekerlə əlaqə saxlayaraq bəzi suallara cavab tapdığını bildirib. Belə ki, Sedat Peker Birləşmiş Ərəb Əmirliklərində “başqa ölkəyə köçmək istəyirəm" dediyi vaxt pasportunun ləğv edildiyini deyib:

“Həyat yoldaşım və üç kiçik uşağım istisna olmaqla, ailəmin və ətrafımdakı hər kəsin pasportları ləğv edildi. Niyə ləğv edildiyini hələ də başa düşə bilmirəm. Daxili işlər nazirinin əmri və ya məhkəmə qərarı olmadan ləğv edildi. Dubayda bir şirkət qurdum. Üç illik yaşamaq icazəsi aldım. Mən iş adamıyam. Pasportum ləğv edildiyi üçün başqa ölkəyə getməyim mümkün deyil. Mübarizəmdən isə əl çəkməmişəm”.

Türkiyəli mafiya lideri “nə üçün yeni video çəkmirsən” sualına isə belə cavab verib:

“BƏƏ hökumətinin rəsmiləri mənə dedilər ki, “ölkəmizdə başqa bir ölkəni tənqid edən videolar çəkə bilməzsən". Bura xarici ölkədir və onun qanunlarına tabe olmaq məcburiyyətindəyəm. Ancaq, yeni video çəkmək üçün əlimdən gələni edəcəyəm. Haqqımda qırmızı bülleten qərarı yoxdur. Bu ölkədə cinayət törətməyincə heç kim məni başqa yerə göndərə bilməz. Ən yaxşısı, ölkələrini tərk etməyimi istəmələridir. BƏƏ bu vaxta qədər heç kimi təhvil verməyib. Öz ölkəsində hakimiyyətlə problemləri olan bir çox iş adamı və dövlət başçısı bu ölkədə yaşayır”.

Xatırladaq ki, Sedat Peker “youtube” vasitəsilə Türkiyədə bir çox vəzifəli şəxslər, millət vəkilləri, üstü açılmamış cinayətlər və digər mövzularal bağlı qalmaqallı açıqlamalar yayırdı. O həmçinin, Azərbaycanla da bağlı məlumatlar paylaşırdı. Məşhur kriminal avtoritet "Lotu Quli"nin öldürülməsi hadisəsi, iş adamı Mübariz Mənsimovun həbsi və digər mövzulara toxunurdu. Hətta, son videolarından birində yaxın günlərdə Azərbaycanla bağlı ciddi qalmaqallara səbəb olacaq məlumat verəcəyini bildirmişdi.(yeniavaz)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar