Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkidən sonra Putinin yeni komandasında kimlər ola bilər?

Bu həftə keçiriləcək seçkilərdən sonra Putin 2020-ci ildən bəri ilk dəfə hökumətdə əhəmiyyətli dəyişikliklər edə bilər...

Rusiya elitası Putinin seçkilərdən sonra kabinetində dəyişiklik etməsini gözləyir. Hökumətdə yeni adlar və vəzifələr görünə bilər, lakin Putinin siyasətin istiqamətini dəyişməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur”.

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi Rusiyada bu həftənin sonlarında keçiriləcək prezident seçkilərindən sonra Putinin yeni höküməti ilə bağlı geniç məqalı ilə çıxış edib.

Prezident administrasiyası və hökumətə yaxın mənbələrin fikrincə, bu həftə keçiriləcək seçkilərdən sonra Putin 2020-ci ildən bəri ilk dəfə hökumətdə əhəmiyyətli dəyişikliklər edə bilər. Kreml adların və təyinatların siyahısını hələ təsdiq etməsə də, xalqın fikrincə, prezident daha altı illik hakimiyyət müddətinin əvvəlində öz komandasını yeniləməyə çalışdığı üçün bir sıra dəyişikliklər ola bilər.

Sankt-Peterburq Siyasət Fondunun (xarici agent) rəhbəri Mixail Vinoqradov bu barədə Bloomberg-ə deyib ki, Kreml üçün rotasiya siqnalı vermək vacibdir, çünki Rusiya hakimiyyətində qan yenilənməsi lazımdır. Onun sözlərinə görə, dəyişiklik gözləntiləri hökumətdə bütün mövqelərdə artır.

İki məlumatlı mənbə nəşrı bildirib ki, Energetika naziri, 72 yaşlı Nikolay Şulqinov istefa verə bilər. Onu əvəz edə biləcəklərdən biri də bu həftə “İnter RAO” holdinqinin rəhbəri postunu tərk edəcəyi gözlənilən Boris Kovalçukdur.

Başqa bir üç mənbə isə bildirib ki, yeni vəzifəyə Təhlükəsizlik Şurasının qüdrətli katibi Nikolay Patruşevin oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev də gətirilə bilər. Kənd təsərrüfatı sektorunun inkişafı Rusiyanın son illərdəki ən böyük uğurlarından biri olduğu üçün onun Baş nazirin müavini vəzifəsinə yüksəlməsi ilə mükafatlandırılacağı da müzakirə olunur.

Mənbələrdən biri deyib ki, hazırda Uzaq Şərqin inkişafı üzrə Baş nazirin müavini olan Yuri Trutnevə də daha mühüm vəzifə verilə bilər.

Bloomberg yazır ki, alternativ olaraq, 46 yaşlı Kovalçukun dövlətin ən böyük enerji holdinqlərindən birinə təyinat alması və ya OPEC+ üzrə rusiyalı müzakirəçi Aleksandr Novakın yerinə gətirilməsi də nəzərdən keçirilə bilər.

Hökumətdə yeni adlar və vəzifələr ola bilsə də, Putinin Ukraynaya görə ABŞAvropa ilə qarşıdurmasının istiqamətini dəyişməyi planlaşdırdığına işarə yoxdur. Fevralın 29-da özünün seçki manifestinə çevrilmiş Federal Məclisə ölkədəki vəziyyətlə bağlı müraciətində prezident 2030-cu ilə qədər uzunmüddətli planlarını açıqlayıb.

Putin sonuncu dəfə hökuməti 2020-ci ildə dəyişərək, keçmiş prezident Dmitri Medvedevi Baş nazir postundan uzaqlaşdırıb və onun yerinə keçmiş vergi xidmətinin rəhbəri Mixail Mişustini təyin edib. Bundan sonra Putin Rusiya konstitusiyasına əhəmiyyətli dəyişikliklər edərək ona potensial olaraq 2036-cı ilə qədər prezident kimi səlahiyyətlərini saxlamağa imkan verən dəyişikliklərə imza atıb.

60 yaşlı Mişustin texniki cəhətdən Rusiyanın konstitusiya quruluşunda Putindən sonra ikinci şəxsdir və 71 yaşlı prezidentə nəsə olarsa, onu əvəz edə bilər. Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri texnokrat Baş nazir diqqətini beynəlxalq sanksiyaların təsirlərini yumşaltmaq üçün tədbirlərin həyata keçirilməsinə və müdafiə istehsalının artırılmasına yönəldərək, baş verənlərə görə siyasi və mənəvi heç bir narahatçılıq nümayiş etdirmədən, Putinə sadiq qalıb.

Vəziyyətlə tanış olan üç mənbə Bloomberg-ə deyib ki, Putin öz manifestində vergi sistemində islahatlarla bağlı planları ortaya qoyduğuna görə, Mişustinin Baş nazir olaraq qalacağı ehtimal edilir. Bununla belə, bir mənbəyə görə, onu prezident administrasiyası rəhbərinin qüdrətli müavini və müharibənin qızğın tərəfdarı Sergey Kiriyenko ilə əvəzləmə ehtimalı var.

Mənbələr bildirirlər ki, Rusiyanın sanksiyalardan əziyyət çəkən iqtisadiyyatını ayaqda saxlamağa kömək edən digər texnokrat, maliyyə naziri Anton Siluanov da öz vəzifəsində qala bilər.

Adının açıqlanmasını istəməyən mənbələr Novakın yeni hökumətdə hansı rol oynayacağını və bu ay 74 yaşı tamam olan xarici işlər naziri Sergey Lavrovun 20 il tutduğu vəzifədə qalıb-qalmayacağı haqqında heç bir fikrə sahib deyillər.

2012-ci ildən bu vəzifədə çalışan 68 yaşlı müdafiə naziri Sergey Şoyqunun taleyi də diqqətlə izləniləcək. Nəşr qeyd edir ki, Şoyqunun “Vaqner” ÖHŞ-nin lideri Yevgeni Priqojinin başçılıq etdiyi qiyamın hədəfinə çevrilməsindən sonra Putin yaxın müttəfiqini dəstəkləyib.

Bloomberg qeyd edir ki, Putin yaxın tərəfdarlarını hökumətdən uzaqlaşdırsa belə, onların getməsinə nadir hallarda icazə verir. Keçmiş kadr dəyişikliklərində o, lazımsız nazirləri prezidentin müşavirləri təyin edib.

Agentliyik qeyd edir ki, hazırda Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın beş illik səlahiyyət müddətinin başa çatmasına üç ildən çox vaxt qalsa da, hazırda Rusiya Bankının rəhbərliyi ilə bağlı yeni fərziyyələr ortaya çıxıb. 2013-cü ildən bu vəzifədə çalışan Nabiullina münaqişə başlayandan sonra istefaya getməyə çalışsa da, Putin onun postunda qalmasına təkid edib. Kremlə yaxın insanlar hələ də onun istefasını çətin baş tutacağını hesab edirlər.

Bloomberg yazır ki, Rusiyada seçilməyən yalnız bir mövqe var: Putinin mövqeyi... Daha 12 il hakimiyyətdə olmaq perspektivini təmin edən Putin heç bir namizədi potensial varis kimi yetişdirmək əlaməti göstərməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar