Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbinə Əliyeva: Müharibə iştirakçılarının bir qismi əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşir

"Müharibə iştirakçılarının bir qismi əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

O qeyd edib ki, başçəkmələr zamanı xüsusilə psixiatriya müəssisələrində sıxlıq problemi aşkar edilib:

"Belə ki, gün-gündən əhalisinin sayı artan paytaxt Bakı şəhərində yalnız bir psixiatriya xəstəxanasının mövcudluğu, habelə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının paytaxtla yanaşı, respublikanın digər bölgələrindən də xəstələri qəbul etməsi həmin xəstəxanalarda sıxlığa səbəb olur. Aparılan təhlillər onu göstərir ki, həm paytaxtda, həm də bölgələrdə ixtisaslaşmış psixiatriya xidməti göstərə biləcək kadrların sayı da azdır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar